Dünya

“Sən ömürlük satqınsan”- Sabiq erməni spiker

“Alçaq satqın, sənin hələ 10 gün əvvəl daha ağır həll variantından yüngül qərar verməyə vaxtın var idi”. SİA xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq spikeri Arpine Hovannisyan sosial şəbəkə səhifəsində paylaşıb.

“Sənin 20 gün əvvəlin var idi. Sənin 30 gün əvvəlin var idi. Ancaq sən yalanı, manipulyasiyanı və qurbanları üstün tutdun”, deyə qeyd edən Hovannisyan əlavə edib: “Sən ömürlük satqınsan, qələbə qazanmış xalqı məğlubiyyətə gətirib-çıxardın. Sən və sənə alqış deyənlər tarix qarşısında, Tanrı və insanlar qarşısında cavab verəcəksiniz. Buna şübhə etmə. Torpaq verən!”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button