Aktual

“Suveren, müstəqil dövlətlər – Belarus və Rusiya inkişaf etsin deyə…” – LUKAŞENKO

Belarus Prezidenti Aleksandr Lukaşenko keçmiş sovet respublikalarının İttifaq Dövlətinə qoşulacağını proqnozlaşdırıb.

Bu barədə BELTA məlumat yayıb.

Rusiyanın Voronej vilayətinin qubernatoru ilə görüşdə Lukaşenko bildirib ki, Rusiyanın regionları ilə əməkdaşlığın inkişafına böyük maraq göstərir:

“Suveren, müstəqil dövlətlər – Belarus və Rusiya inkişaf etsin deyə, yeni prinsiplər əsasında vahid İttifaq Dövləti qurmağa çalışırıq. Əminəm ki, keçmiş Sovet İttifaqının digər respublikaları da bura qoşulacaqlar”.

Xatırladaq ki, Aleksandr Lukaşenko bu ilin əvvəlində Ukrayna və Qazaxıstanın 15 il ərzində İttifaq Dövlətinə qoşulacağını iddia etmişdi:

“Türkmənistan, Özbəkistan və Tacikistan, məncə, iqtisadi zərurətlərinə görə qoşulacaqlar. Ermənistanın isə gedəcək yeri yoxdur”.

Belarus lideri Türkiyə ilə hərbi müttəfiqlik anlaşması imzalayan Azərbaycanın bu prosesdən kənarda qalacağını deyib./teleqraf.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button