Aktual

Birinci sinif şagirdləri şəhid anaları ilə görüşdü – FOTOLAR

Ötən əsrin sonlarından başlayan erməni işğalı xalqımıza bugünə qədər çox ağır məhrumiyyətlər yaşatdı.

Qərbi azərbaycanlıların dörd dəfə deportasiyası, birinci Qarabağ müharibəsi, Xocalı, Ağdaban, Başlıbel soyqırımları erməni vandalizminin ən qanlı izləri kimi qoca tarixin yaddaşına həkk olunub.

Xarici havadarlarının köməyi ilə erməni vandalları Azərbaycanın qədim və əzəli torpaqlarında, Qarabağda yeni torpaq iddiası ilə əsrin növbəti qətliamına imza atdılar.

Qarabağda dinc əhalini amansızlıqla qətlə yetirdilər, bir milyondan çox soydaşımız öz doğma evlərindən zorla çıxarıldı, qaçqın, məcburi köçkün oldu.

Lələtəpə, Tovuz döyüşləri və 2020-ci il sentyabrın 27-də törətdilən təxribatlara şanlı Azərbaycan ordusu layiqli cavab verdi. Qəhrəmanlıq tarixində canlarından keçən, sağlamlığını itirən Azərbaycan əsgərləri müasir Azərbaycan tarixinin ən şanlı səhifələrini yazdılar.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir.

27 sentyabr anım günü münasibətilə bugün respublikamızda sükut elan olundu, şəhidlərimizin məzarlari ziyarət olundu, ruhlarına dualar oxundu.

Anım günü münasibətilə Səbail rayonunda yerləşən 51 saylı orta məktəbin 1-b sinif şagirdləri Səbail rayonu , Jurnalistlər binasında yaşayan şəhid ailələrini yaddan çıxarmayıblar. Birincilər şəhid anaları Lətafət Budaqova və Yeganə Şükurovanı ziyarət ediblər. Qeyd edək ki, şəhid Nicat Şükürlü Hadrut uğrunda , Yusif İbadov isə Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

51 saylı orta məktəbin 1-b sinif rəhbəri Səkinə İbadova Analoq.az-a bildirib ki, məktəb tərəfindən daim belə tədbirlər keçirilir.

Şagirdlərin milli ruhda böyüməsi, onlara milli-mənəvi dəyərləri təbliğ etmək həmişə əsas hədəflərimizdən biri olub.

Şəhid

Nicat Şükürlü

Şəhid Yusif İbadov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button