BannerÖlkə

VASİF TALIBOV: 62 İLLİK ÖMÜRÜN MÜDRİKLİK KİTABI

Gəlimli-gedimli, bir ucu ölümlü dünyada ƏSL İNSAN kimi yaşamaq, el dili ilə desək, sağ ikən rəhmət qazanmaq hər kəsə nəsib olan tale payı, qismət payı deyil.

Bu paya sahib olmaq üçün yuxusuz gecələr keçirməklə, ac-susuz qalmaqla, alın təri ilə, eləcə də, əllərin qabarı ilə işləmək, çox çalışmaq lazımdır. ƏSL İNSAN olmaq üçün təmiz qəlbli, əməlisaleh, haqlının yanında, haqsızın qarşısında olmaq gərəkdir. Sağlığında rəhmət qazanmaq üçün kasıblara, yetim-yesirlərə əl tutmaq, kimsəsizlərə, yoxsullara həm maddi, həm mənəvi cəhətdən dəstək olmaq lazımdır. ƏSL İNSAN olmaq üçün gərək ALLAH adamı olasan. ƏSL İNSAN olmaq üçün elinin, obanın qədrini bilmək, torpağına, Vətəninə, xalqına bağlı olmaq lazımdır və ən əsası, bütün bu kimi mühüm həyati məqamlar irsində, genində, nəsil şəcərəndə formalaşmalıdır. Hər saqqalı ağ olana ağsaqqal deməzlər. Müdrik el ağsaqqalı olmaq üçün elin, obanın, ətrafındakı insanların qayğısına qalmaq gərəkdir!

Yuxarıda sadaladıqlarımı özündə cəmləşdirən əsl vətənpərvər, ziyalı, qayğıkeş və mehriban ailə başçısı, qohumcanlı, istiqanlı bir insan, ictimai-siyasi xadim, yaşının həddən artıq çox olmamasına baxmayaraq el ağsaqqalı kimi qəbul edilən, ömrünün uzun illərini dövlətimizə, dövlətçiliyimizə, vətəndaşlarımıza həsr edən hörmətli Vasif Talıbovun yanvarın 14-də ad günüdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycanın öndəgedən dövlət xadimi olan Vasif müəllimin bu gün 62 yaşı tamam olur!

Tərcümeyi-halının qısa xronikasına nəzər salanda məlum olur ki, 14 yanvar 1960-cı ildə Naxçıvan MSSR Şərur rayonunun Aşağı Aralıq kəndində işıqlı dünyaya göz açmış Vasif Talıbov 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak edib. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublikası təşkilatının Sədri seçilib. Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-VI çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.

Vasif Talıbov Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilib, Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və “Naxçıvan abidələri” ensiklopediyasının redaksiya heyətinin sədridir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Vasif Talıbov eyni zamanda, Naxçıvan Dövlət Universitetinin, Batumi Dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin fəxri doktorudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2020-ci ildə Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Tərcümeyi-halından da göründüyü kimi Vasif Talıbov müxtəlif məsul vəzifələrdə işlədiyi dövrlərdə də, hazırda da həm Naxçıvan Muxtar Respublikasının, həm də Azərbaycan Respublikasının ictimai-siyasi həyatında yorulmaz fəaliyyətini davam etdirir. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən mədəni-kütləvi və sosialyönümlü tədbirlərə qatılır, sosial qayğıya ehtiyacı olan insanlara yardımçı olur. Ölkəmizdə həyata keçirilən mütərəqqi sosial, mədəni və siyasi proseslərdə bu gün də ön cərgədə olanların sırasında yer alan Vasif Talıbov dəfələrlə Naxçıvanın ayrı-ayrı rayonlarına səfərlər edərək xalqın güzəranını yerinə öyrənib, problemlərinin həllində ardıcıl fəaliyyətini aparıb. Bu gün də həmin fəaliyyət uğurla davam etdirilir və naxçıvanlıların firavan yaşaması üçün o əlindən gələni əsirgəmir.

44 günlük Zəfət yürüşü zamanı Vasif Talıbov həm rəhbər, həm də elinin ağsaqqlı kimi Naxçıvanın mərd, ərən oğullarına xeyir-dua verərək onları cəbhəyə, Vətən müharibəsinə yola saldı və qəhrəman naxaçıvanlıların Müzəffər Sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin müsəlləh əsgərləri olduğunu vurğuladı. Bu gün Vasif müəllim şəhid ailələri və qazilərimizin də qayğılarına qalmaqdadır, onların sosial tələbatlarının ödənilməsi, üçün müxtəlif tədbirlər planlarını həyata keçirir, ATALIQ qayğısını əsirgəmir.

Vasif Talıbov bundan əvvəl də, düşmənlə sərhəddə olan döyüş bölgələrində yerli əhali və hərbçilərimizlə səfələrlə görüşlərdə olub. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin, vətənpərvərlik mücəssəməsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı mütəmadi olaraq silsilə təbirlərin həyata keçirilməsində yaxından iştirak edib. Vasif Talıbov bu gün Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və dövlətçiliyimizə sədaqətlə xidmətini davam etdirməkdədir.

Çox hörmətli Vasif müəllim!

Sizin Azərbaycan dövləti və xalqımız üçün etdiklərinizi sadalamaqla və yazmaqla bitməz. Bizim üzərimizə düşən vəzifə isə Sizin ad gününüz münasibətilə ən səmimi ürək sözlərimizi yazmaqdır.

Sizi ad gününüz münasibətilə Analoq.az adından təbrik edir, Sizə həyatda ən gözəl nemət olan cansağlığı və uzun ömür, bol-bol uğurlar arzulayıram.

Həmişə belə gümrah və gülümsər qalmağınızı, səmimi və mehriban olmağınızı arzu edirik. Vərəqlənən ömrünüzün hər səhifəsi daima qürurlu və fəxarətli olsun. Qoy Ulu Tanrı Sizi bizə və sevdiklərinizə çox görməsin, 100 yaşayın, dəyərli Vasif müəllim!

AMİN!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button