BannerMaraqlı

Tailandda koronovirusa yoluxan rus turist oteldən qaçıb

Polislərin hər yerdə axtardığı “qaçqın” çimərliyə gəzintiyə gedibmiş

Tailandda maraqlı bir hadisə baş verib. Analoq.az xəbər verir ki, bu ölkəyə səyahətə gəlmiş rus turist koronavirusa yoluxduğundan onun Covid testi müsbət çıxıb və onu karantin üçün nəzərdə tutulmuş otelə (Phuket Sandbox) yerləşdiriblər. Bir müddət sonra turist oteldən qaçıb. Bu barədə yerli hüquq-mühafizə orqanlarına məlumat verilib və dərhal axtarış əməliyyatllarına başlanılıb. Əcnəbinin axtarışı üçün hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, həmin şəxsin pasportunun surətləri, həmçinin laboratoriya müayinələrinin nəticələri paylanılıb. Bu, yerli əhalinin əcnəbi ilə təmas təhlükəsi barədə xəbərdarlıq edilməsi zərurəti ilə izah edilib. Oteldən qaçan turistin axtarışı bir neçə saatdan sonra başa çatıb. Hər yerdə axtarıldığı halda turist özü otelə qayıdıb.

O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, verdiyi Covid testinin nəticəsi müsbət çıxdığı üçün narahat olub və stresə düşüb. Ona görə də təmiz hava almaq və sakitləşmək üçün Patong çimərliyi boyunca gəzintiyə çıxmaq qərarına gəlib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button