Cəmiyyət

“PSYCHOTOPIA” jurnalının nəşrinə sayılı günlər qaldı

Psixologiya ilə bağlı fərqli perspektivi ələ alacaq “PSYCHOTOPIA” jurnalının nəşrinə sayılı günlər qaldı. Bu cür konseptdə nəşr olunacaq ilk jurnal sadəcə psixoloqlara yox, həmçinin bu sahə ilə maraqlanan, müxtəlif sferalarda işləyən şəxslər üçün də nəzərdə tutulub. Göz önündə olan situasiyalara psixoloji tərəfdən yanaşma çox insanda fərqindəlik yaradacaq. Doğru bilinən yanlışların, gündəlik həyatda istifadə etdiyimiz əşyaların, sözlərin hər birinin psixoloji əsasının olmağı elə məhz “PSYCHOTOPIA”nı ifadə edir.

Yunan mənşəli olan “topos yəni topia” sözü məkan, torpaq mənasına gəlir. XIV əsrdə yaşamış ingilis yazıçı Thomas Morenin “Utopiya” adlı romanı da yeniliyi, ideal cəmiyyəti ifadə edir.

Ψ PSYCHOTOPIA isə psixologiyanın yeni məkanda, yeni dizaynda təzahürü olaraq artıq sizinlədir.

Geri sayım başladı, bizə də xeyirli, uğurlu olsun demək düşür.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button