BannerSiyasət

Putin orduya “İrəli” əmri verəcək?

Rusiya sabah saat 3:00-da kütləvi raket zərbəsi və 200 min əsgəri ilə Ukraynanı işğal etmək niyyətindədir.Analoq.az xəbər verir ki, bu barədə “The Sun” ABŞ kəşfiyyatına istinadən yazıb.

Nəşr yüksək rütbəli mənbələrə istinadən iddia edir ki, Rusiya Prezidenti Vladimir Putinin hücum əmrinin ən çox ehtimal olunan vaxtı saat 3:00-dur. Bundan əlavə, Amerika kəşfiyyatı hesab edir ki, Kiyevdəki hərbi və hökumət mərkəzləri əvvəlcə havadan zərbələr endirəcək, daha sonra isə Rusiya tankları sərhədi keçəcək.

Daha əvvəl dövlət başçısının mətbuat katibi Dmitri Peskov demişdi ki, Putin bəzən Rusiya qoşunlarının Ukraynaya planlaşdırılan işğalının tarixi ilə bağlı mesajlara yumorla yanaşır:“Buna anlayışla yanaşmaq çətindir. Bəzən Putin hətta zarafat edir, o, müharibənin başlayacağı saatların dəqiq vaxtının hər yerdə dərc olunub-olunmadığını soruşur”.

Xatırladaq ki, fevralın 15-də Rusiya hərbçilərin Belarusdakı təlimlər başa çatdıqdan sonra daimi dislokasiya məntəqələrinə qayıtmağa başlayacağını bildirmişdi.

“The Sun”un mənbəsi iddia edir ki, fevralın 14-də Kiyevdə müharibəyə hazırlıq sürətlə davam edib. Zenit sistemləri Milli Qvardiya maşınlarının kolonnaları ilə birlikdə mövqelərinə keçiblər. “Rusiyanın dediyi və ya etdiyi hər şeyi özümüz kimi qəbul edə bilmərik. Biz özümüzü müdafiə etməyə hazır olmalıyıq”, – deyə o, yekunlaşdırıb.

2021-ci ilin noyabr-dekabr aylarından başlayaraq Qərb ölkələrində, eləcə də Ukraynada Rusiyanın Ukrayna ərazisinə mümkün işğalı ilə bağlı bəyanatlar səslənir.cebhe.info

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button