BannerCəmiyyət

Xətainin icra başçısı böyük yarmarkanı ləğv edib, özünə sexlər açdı – FOTOLAR

Bakının Xətai rayon icra başçısı Rafiq Quliyev misli görünməmiş addım atıb. Reportyor.info məlumat verir ki, icra başçısı Rafiq Quliyev rayonun Nəsrəddin Tusi küçəsində kənd təsərrüfatı yarmarkasını ləğv etdirib, yerində avtotəmir obyektləri açıb. Məlumata görə, həmin avtoservislər, obyektlər icra başçısının öz biznesinə daxildir. R. Quliyev əhalinin gündəlik istifadə etdiyi, münasib qiymətə meyvə-tərəvəz məhsulları satılan yarmarkanı yığışdırıb, özü üçün gəlir mənbəyi yaradıb. Bizə təqdim olunan fotolardan da görünür ki, yarmarka daha mövcud deyil və həmin ərazidə avtoservis və başqa sexlər açılıb.

Məkan baxımından əhalinin gediş-gəlişinin rahat olması üçün daha əlverişli olan Nəsrəddin Tusi küçəsi ilə Gəncə prospekti arasında yerləşən yarmarka 4000 kv.m ərazini əhatə edirdi. Yarmarkada həmçinin sanitar qovşaq və iaşə obyektləri inşa olunmuşdu. Yarmarkada Balakən, Qəbələ, Qax, Daşkəsən, Quba və Şəmkir rayonlarından gətirilən məhsullarla yanaşı, müxtəlif firma və məhdud məsuliyyətli cəmiyyətlərin istehsal etdikləri məhsulların daha ucuz qiymətə satışı təşkil olunurdu. Amma Xətai sakinlərinin ucuz bazarlıq yeri olan yarmarka artıq yoxdur və əvəzində icra başçısının sexləri fəaliyyət göstərir. Ümumiyyətlə, həmin ərazidə cərgəboyu bu cür obyektlərin sayı artmaqdadır. Bu da həm ərazidə sıxlığa səbəb olur, həm də əhalini yarmarkadan məhrum edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button