Banner

Putinin gizli planı üzə çıxdı: Ukraynadan sonra HƏDƏF HANSI ÖLKƏDİR? Görüş zamanı BÖYÜK SƏHV…

Bütün xəbərdarlıqlara və sanksiyalara baxmayaraq Rusiyanın Ukraynaya müdaxiləsi səngimək bilmir. Ukrayna böyük müqavimət göstərdiyi halda, Rusiya-Ukrayna müharibəsi ilə bağlı görüntülər ürək ağrıdır. Digər tərəfdən, Rusiya ilə yaxınlığı ilə tanınan Belarusda BMT-nin toplantısı zamanı prezident Lukaşenkonun etdiyi çıxış gündəmə bomba kimi düşüb.

Lukaşenkonun Rusiya Ukrayna xəritəsində işğal zonalarını göstərərkən başqa ölkəni işarələməsi “Hədəfdə başqa ölkə varmı?” sualının yaranmasına səbəb olub.

Analoq.az xəbər verir ki, xarici xəbər agentlikləri bu xəbəri “Putinin gizli planı ifşa olundu” başlığı ilə verib.

Lukaşenko xəritədə Rusiya qoşunlarının Ukraynada irəliləyişini göstərdiyi halda, Moldovanın işğal xəritəsinin altında qeyd olunması ciddi suallara səbəb olub.

Bildirilib ki, söhbət Ukraynanın cənubundakı Odessa şəhəri üzərindən Moldovanın Ukrayna ilə sərhədində rus separatçılarının yaşadığı Dnestryanı bölgədir.

Bir tərəfdən xəritənin səhvən göstərildiyi güman edilsə də digər tərəfdən, rəsmilər “İndi növbəti Moldovadır?” sualını verməyə başlayıb.

Rusiya-Ukrayna işğal xəritəsi Ukraynanın şərq sərhədi boyunca Belarusdan gələn hədəf nöqtələri göstərir.

Lukaşenkonun kobud səhvindən sonra Qərb mediası bu xəbəri yayaraq, “Bacarıqsız Lukaşenko Putinin gizli planını sızdırdı” deyə xəbər yayıb.

Qeyd edək ki, Avropa İttifaqının ali nümayəndəsi Josep Borrell yaxın günlərdə Rusiyanın Moldovaya təzyiqlərinin artacağını və buna bənzər halların baş verə biləcəyini bir müddət əvvəl bildirmişdi/editor.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button