BannerSiyasət

Zelenski dünya yəhudilərinə müraciət etdi -“Raket hücumu göstərir ki…”

Ukrayna Prezidenti Vladimir Zelenski bütün dünyadakı yəhudiləri Ukrayna vətəndaşlarının öldürülməsinə səssiz qalmamağa çağırıb.Analoq.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı videomüraciətində deyib.

O bildirib ki, nasizm sükutla doğulur: “Bütün dünya yəhudilərini dinc ukraynalıların öldürülməsinə susmamağa və münasibət bildirməyə çağırıram. Raket hücumu göstərir ki, Rusiyada bir çox insan üçün Kiyevimiz tamamilə yaddır. Onlar paytaxtımız, tariximiz haqqında heç nə bilmirlər. Amma onların bizim tariximizi silmək, ölkəmizi silmək, hamımızı silmək əmrləri var. Mən indi bütün dünya yəhudilərinə müraciət edirəm: nə baş verdiyini görmürsünüzmü? Ona görə də çox vacibdir ki, bütün dünyada milyonlarla yəhudi səssiz qalmasın”/publika.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button