BannerŞikayət

Xırdalan 9 nömrəli məktəbdə lövhələrə qıfılı kim vurub? – Foto

Son zamanlar orta məktəblərdə yaşanan qalmaqallı hadisələrin ardı-arası kəsilmir.Xəbəral.az xəbər verir ki, müəllim şagird münasibətləri, məktəb direktorunun rəhbərlik etdiyi məktəbə qarşı biganəliyi, hətta dərs bölgüsü üstündə söz-söhbətlər artıq adət halını almışdır.Bəzən elə olur ki, qalmaqal dolu davranışların birbaşa səbəbkarı məhz məktəb direktorlarının özləridir.Təbii ki, bu sadalananları bütün məktəblərə şamil etmək düzgün çıxmazdı.

Dəfələrlə Xırdalan şəhərində yerləşən 9 nömrəli məktəb də baş verən özbaşınalıqlar haqqında silsilə yazılar dərc etmişik

Bu dəfə də sizə, Xırdalan şəhər 9 nömrəli məktəbin rəhbərliyi arasında hökm sürən özbaşınalıqlar barəsində qısaca məlumat verəcəyik.

Belə ki, Direktor və muavinlərin əslində 12 saat dərs demə hüquqlarından sui istifadə edərək dərs bölgüsündə adlarında 12 saat yazılsa da qeyri qanuni olaraq iki sinif idarə edirlər.

Xəbəral.az– a verilən məlumata görə, ibtidai siniflər üzrə direktor müavinləri olan Nigar Səlimxanova 4ç sinfinin, Cəfərova Kəmalə isə 4b sinifinin rəhbəri və 0h sinifinə ( Məktəbə qədər hazırlıq) dərs deyir. Yani direktor müavini qanuna müvafiq 12 saat dərs tədris etməlidirsə necə olur ki, 0h sinifinə (Məktəbə qədər hazırlıq) də əlavə dərs tədris edir? Deməli kart dəyişikliyi edərək əmək haqlarını alırlar .İllərdi bu qayda ilə işlərini rahat şəkildə görürlər.

Qanunla 12 saat yazdırıb amma 36 saatın pulunu alir.digər iş yoldaşı ilə her ay kartdan əlavə pullar alıb bir birinə verirlər .Jurnala yazılıb ki təsviri incəsənət müəllimidir halbuki Kəmalə Cəfərova gedib siniflərdə dərs deməsini heç kəs görməyib.

Xırdalan 9 nömrəli məktəbdə problem bununla bitmir.Məktəbin direktoru Həcər İbrahimovanın 12 saat dərs demək hüququ vardısa öz adına əlavə dərslər yazdırıb hansı ki, o dərsləri heç vaxtı tədris etməyib.

Direktor və müavinləri əvvəlcə özlərini dərslə təmin edirlər sonra isə yaxin rəfiqə qohum tanış müəllimləri. Bu məktəbdə dərs saatın olmaq üçün yaxşıca pulun olmalıdır.

Xəbəral.az-ın məlumatına görə Xırdalan 9 nömrəli məktəb də pul yeyintisi ilə yanaşı həm də lövhə davası gedir.Yani sinifə dərs tədris etməyə gələn müəllim hərəsi ilə özü lövhə gətirməlidir.

Siniflərə dərs demək üçün gələn müəllimlər lövhəyə görə, az qala bir-biri ilə düşmən olalar.Bu qanunu isə məktəb də direktoru Həcər İbrahimova qoyub.Hansı müəllim direktora maddi görüm baxım edibsə, lövhənin qıfılının açarla bağlayıb özü ilə apara bilər.Qalan kasıb müəllimlər lövhəsiz dərs deməyə məcbur olunur.

Mövzuya qayıdacağıq.

Xəbəral.az xəbər verir ki, bir neçə ayın içində Xırdalan 9 nömrəli məktəbdə anormal hadisə ardı-ardınca baş verir.

Kənardan məktəb tam nəzarətsiz görsənir.

Amma çox təəssüf ki, Təhsil Nazirliyi həmin məktəbin direktoru ilə bağlı, heç bir cəza tədbiri görməyib. Analoq.az.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button