AktualBanner

Zelenskiyə qarşı üç sui-qəsd cəhdi olub

Son həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı ən azı üç sui-qəsd cəhdi olub. The Times yazır ki, Rusiya Silahlı Qüvvələri V.Zelenskini məhv etmək üçün Ukraynaya iki qrup yollayıb.
Birinci qrupda dünyanın “Vaqner” kimi tanıdığı Özəlo Hərbi Şirkətinin xüsusi təyinatlılalırıdır.

İkinci qrupda isə Çeçenistan Prezidenti Ramzan Kadırovun tabeçiliyində olan “Kadırov alayı”ndan seçilmiş xüsusi təyinatlılardır.

İki qrupdakı şəxslərin ümumi sayı təqribən 380 nəfərdir.

Ukraynanın 44 yaşlı dövlət başçısına sui-qəsdlərin baş tutmasının səbəbi isə Rusiyanın Federal T əhlükəsizlik Xidmətindəki (FTX) iki əməkdaşının bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinə (UTX) təcili və məxfi şəkildə xəbərdarlıq etməsi olub.

“Vaqner”çilər sui-qəsdə cəhd əməliyyatları zamanı itki veriblər. Onlar UTX əməkdaşlarının olaydan vaxtında xəbər tutub zərərsizləşdirmə əməliyyatına hədəf olublar.

“Vaqner” qruplaşmasına verilmiş digər əmr isə Ukrayna hakimiyyətindəki 24 nəfərin məhv edilməsidir.

Siyahıja Ukraynan baş naziri Denis Şmıqal, bütün nazirlər, Kiyev meri Vitali Kliçko və onun qardaşı Vitali də var.
Rusiya Milli Qvardiyasının mənsubları olan, Ukraynaya göndərilən çeçen xüsusi təyinatılarsa martın 1-də V.Zelenskini öldürməyə çalışıblar.

Bu planlar və sui-qəsd cəhdləri barədə V.Zelenskiyə məlumat veriləndən sonra o, mətbuat konfransında demişdi: “Hazırda Ukraynada Rusiyanın bir nömrəli hədəfi mən, ikinci hədəfi isə ailə üzvlərimdir”.

Britaniyalı general Riçard Berrons (Joint Forces Command-un sabiq komandanı) deyib: “Rusiyanın bu diversantları çox effektivdirlər, çünki onları müəyyənləşdirmək çətindir. Onlar qəflətən peyda olub hədsiz sərt, cəlladcasına əməliyyatı gerçəkləşdirir, sonra yox olurlar. Bu işə görə kimin məsuliyyət daşıdığı da bəlli deyil. “Vaqner” Rusiya hökuməti ilə birbaşa əlaqəli olmadığından rəsmi Moskva bu qruplaşmanın əməllərini asanlıqla təkzib edir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button