BannerDünya

Rusiya Suriyadan muzdlular aldı: YÜKSƏK MAAŞ+BONUS – ŞOK – 16 MİN MUZDLU

Rusiya Suriyadan 16 min muzdlu əsgəri Ukraynaya qarşı müharibəyə cəlb etmək niyyətindədir. “Suriyalı muzdluların ilk kontingenti Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gəlib. Muzdudlar burada əvvəlcə hərbi təlimlər keçəcək”.

Bildirilib ki, Suriya təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılan və sonra ruslara təhvil veriləcək minlərlə namizədin siyahısı tərtib edilib. Qrupların çoxu artıq yola düşüb.

Nəşrin istinad etdiyi mənbə bildirib ki, Rusiya Suriyadan 16 min muzdlu əsgəri Ukraynaya qarşı müharibəyə cəlb etmək niyyətindədir. Döyüş təcrübəsi olan kişilərə üstünlük verilir.

Artıq Rusiyada olan 300-ə yaxın əsgər Bəşər Əsəd ordusunun 25-ci diviziyasındandır. Onlar elit sayılırlar və rus zabitləri ilə sıx əməkdaşlıq edirlər. Ruslar onlara altı ay ərzində ayda 1200 dollar, Suriyaya qayıdanda isə 3000 dollar bonus təklif ediblər/lent.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button