Siyasət

Vətənşüvənlərin Rusiya qorxusu-TƏHLİL

Jalə Mütəllimova

1920-ci il dekabrın 1-də Zəngəzur mahalı Ermənistan ərazisinə birləşdirildi. Sirr deyil, məqsəd, Ermənistanı blokadadan çıxarmaq, eyni zamanda Azərbaycanı zəiflətmək ,həmçinin gələcək işğal məqsədləri üçün Naxçıvanla Azərbaycanın quru yolunu kəsmək idi. Bir sözlə, 1905-ci ildə daşnaqların başladığı işğalı, Rusiyanın dəstəyi ilə 1920-ci ildə sovet-erməni kommunistləri bitirdilər. Ermənilərin xeyrinə, Rusiya bu tarixə imza atdı.

Zəngəzurun işğalını reallaşdırmaq üçün kütləvi qırğınlar törətmək və biz türklərdə xof yaratmaq lazım idi. Daşnaqlar və kommunistlər bu hədəfə də ulaşdı. Həmin illərdə Zəngəzurda 115 türk-müsəlman kəndi yer üzündən silindi. On minlərlə insan vəhşiliklə qətlə yetirildi. Qalanlar məcburən Naxçıvan və Qarabağa sığındı.

1933-cü ildə Ermənistan SSR-nin ərazisi rayonlara bölündü və Zəngəzurun adı xəritədən təmamən silindi. Qafan, Gorus, Qarakilsə-Sisian və Mehri yaradıldı.

Zəngəzurun Azərbaycanda qalan hissəsində, əvvəl Kürdüstan qəzası, sonra Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-93-cü illərdə Zəngəzurun bu tarixi əraziləri də ermənilər tərəfindən işğal edildi.

Bu gün, 2020-ci il, dekabrın 1-də, Zəngəzurun Azərbaycan ərazisində qalan, 1993-cü ildə yenidən erməni işğalına uğramış üç böyük rayonunun sonuncusu, Laçın da azad edildi. Bu Qarabağın tam azad esilməsi sayılır. Bu günlər vətənşüvənlərin, Rusiya gəldi xofunu alt-üst edən çox vacib detaldır Laçının azad edilməsi.

Gələk ən önəmli məsələyə. Bu mahalı alan da, verən də bəllidir. Daşnaklar, çar Rusiyası, kommunist ermənilər, aldadılan Azərbaycan siyasiləri, Gülüstan və Türkmənçaydan dolayı susanlar. Yəni kimsəyə güclü Azərbaycan sərfəli deyildi onda da, indi də, amma bu ölkə var, hələ uzun illər olacaq.

Indi gələk bayaq dediyim vətənşüvənlərə. Rusiya gəldi deyir, çox hay-həşir salırlar. Azərbaycanın böyük qələbəsini kiçildirlər.

Insanların Qarabağ sevincini yaşmasına mane olur. Illər öncə haralarınsa pərəsti olan babalarının, pərəst nəvələridir çoxu . Amma ictimai təbliğatın əlini gücləndirməklə, səbrə, əzmə çağırmaqla bunun qarşısını ala bilərik.

Bu gün baş verənlər tarixin geri oxunuşudur. Bu prosesdə tarixən tərəf olanların heç biri, indi kənarda qala bilməzdi, Rusiya indi bu səbəbdən Azərbaycandadır. Və Laçının azad olunmasından sonra, Rusiya sülhməramlıları da yerini dəyişməli olacaq.

Bu tarixi Zəngəzurdan, üzü Naxçıvana gedən yola çıxmaq deməkdir. Əhalini bu dəqiqə üçün siyasi maariflərndirilməsi vacib şərtdir.

Onlar dövlətin yüz illik oturuşmuş məğlubiyyəti səbəbindən haqlı oaraq Rusiyanın dönüşündən narahatdırlar. Bu mövzuda danışa bilən şəxslərə efir məkanları tamamən açmaq lazım.

Azərbaycan 44 günlük vətən müharibəsi ilə təkcə Qarabağı azad etmədi, həm də böyük bir tarixi prosesə start verib.

Insanlara rus gəldi deyib, iki yüz ilin xofunu daha da möhkəmlətmək olmaz.

Insanlarda mübarizə əzmini qırmaq olmaz.

Insanlara bundan sonra qalib kimi yaşamağın şərtlərini, üstünlüyünü, çətinliyini və yollarını öyrətmək lazımdır.

Bu gün Azərbaycan Zəngəzurun geri verilməsi məsələsini qaldıra bilər.

Bu gün Azərbaycanın Qarbağdakı haqq savaşından qorxan erməni, Göyçədən belə qaçmağa başlayıb.

Odur ki, bəzi qonşuların, bəzi parlamentariləri narahatdır. Dövlətlərinin Qarabağda Azərbaycanı dəstəkləməyinin, onlara yaxın zamanlarda zərərli olması haqda açıq həyəcan təbili çalırlar çıxışlarında. Bu sıradan narahatlıq deyil.

Azərbaycan, iki yüz ildən sonra özünə aid olan tarixi torpaqla Qarabağdan başlayaraq geri dönüş edir. Qarabağdan sonra, Zəngəzur gələ bilər. Bir məqam da var ki, zamanında masalarda bağışlanan Azərbaycan torpaqları, masalarda geri alınar. Bizə qalır dözmək, dövlətin yanında, pərəstlərin qarşısında olmaq və maariflənmək…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button