AktualBanner

Eyyub Hüseynov AQTA-nın təzyiqinə məruz qaldı- GMO qalmaqalı davam edir- SƏS YAZISI

TvPress.Az xəbər verir ki, bu barədə Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, Tvpress.Az internet qəzetinin baş redaktoru Elçin Bayramlı məlumat yayıb və Azad İstehlakçılar Birliyi Eyyub Hüseynovun səs yazısını yayıb. Elçin Bayramlı Feysbuk səhifəsində AQTA-nı sərt tənqid edib:
“Qida Təhlükəsi Agentliyi bu hərəkətləri ilə açıq şəkildə deyir ki, mənə xalqın, dövlətin mənafeyi, təhlükəsizliyi vacib deyil, Ümumdünya Ticarət Təşkilatının və Monsanto bioloji terror korporasiyasının maraqları vacibdir. Dünən AİB sədri Eyyub Hüseynovu agentliyə çağırıb susması üçün təzyiq ediblər. Eyyub müəllim təslim olmayıb. (Videoya baxın) Mənə nəsə deməyə isə heç cəsarət belə etmirlər. Bu işdə ictimai dəstəyin böyük olmasına ehtiyac var. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Mehseti Yunusova-Huseynova hərəkatın texnoloqu Ağa Salamov , Asim Veliyev və digərləri bu sahədə ciddi mübarizə aparırlar. Biz də Sağlam Cəmiyyət Hərəkatı olaraq elan etdiyimiz ictimai kampaniyanı davam etdirəcək, Qida təhlüksizliyi haqda qanun layihəsindən müvafiq maddə çıxarılacadək döyüşəcəyik. Bu qanun layihəsi keçməyəcək! Xalqımızın və dövlətimizin altına gec partlayan bomba düzmənizə imkan verməyəcəyik. Xalqımızın genefondunu məhv etməyə, dövlətimizi qlobal mərkəzlərdən asılı salınmasına imkan verməyəcəyik. AQTA- siz bunu bacarmayacaqsınız, biz buna imkan verməyəcəyik! Heçə saydığın xalqın gücünü görəcəksən. Yaxşıdı budur xoşluqla istefa verin!!!”

Sözügedən görüşlə bağlı Eyyub Hüseynovun səs yazısını aşağıda təqdim edirik.


Sağlam Cəmiyyət Hərəkatı elan etdiyi və böyük ictimai dəstək qazanan kampaniya ilə bağlı Milli Məclisə müraciət ünvanlayıb, deputatları bu maddənin çıxarılmasına çağırıb.

https://sia.az/az/news/social/944792.html

İctimai kampaniya ilə bağlı ətraflı məlumat burada

SOS – Xalqımıza və dövlətimizə təhlükə yaradacaq qanun layihəsinə “Yox!” deyək – İCTİMAİ KAMPANİYA


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button