BannerDünya

Deputat- “2 milyon ukraynalını qəbul etdik, 1 müsəlmanı belə buraxmayacağıq”

Polşalı deputat Dominik Tarçinskinin müsəlman qaçqınlarla bağlı açıqlaması etiraza səbəb olub.Analoq.az xəbər verir ki, o, indiyədək bir müsəlman qaçqının ölkəsinə buraxılmadığını və bundan qürur duyduğunu deyib.

“Bir nəfər də olsun müsəlman qaçqını qəbul etmədik. Onlardan heç biri Polşaya girə bilməyəcək. İki milyondan çox ukraynalını ölkəmizə qəbul etdik. Amma bir müsəlmanı da buraxmayacağıq, çünki qəbul etməyəcəyimizə söz vermişdik. Bununla qürur duyuram”, – Tarçinski söyləyib.

Tarçinskinin bu skandal açıqlaması başda müsəlman dünyası olmaqla bir çox ölkədə etirazlara səbəb olub. teleqraf.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 3.3]

Back to top button