AktualBanner

Bahar Kərimovaya xatırlatma – HAQQ NAZİLƏR AMMA ÜZÜLMƏZ

Bir neçə ay bundan öncə Analoq.az- a 3 saylı xüsusi internat məktəbinin direktoru Bahar Kərimovanın məktəbdə korrupsiya əməlləriylə bağlı faktlar göndərilmişdi. Həmin faktların dəqiq olmasını nəzərə alıb adıçəkilən məktəb direktoru Bahar Kərimova ilə əlaqə saxladıq.

Şikayətlər və korrupsiya faktları barədə direkrora məlumat verdik. Bahar Kərimova barəsində deyilənləri inkar etdi. Və özünəməxsus formada bizi hədələyib, telefonu üzümüzə söndürdü. Bu xoşagəlməz hərəkətin qarşısında aciz qalib təhsil müəssisəsinin direktoruna zəng etməyimizə də peşiman olduq.

Bahar Kərimova haqqında dərc etdiyimiz korrupsiyaya faktlarından sonra vəzir – vəkili ilə özünə bəraət qazandırmağa çalışan direktor barəsində gedən yazıları pulla sildirmək taktikasına əl atdı.

Onun adından zəng edən “nümayəndəsi” yazının silinməsi üçün bizdən dəfələrlə məbləği qeyd etməyimizi istədi. Lakin Analoq.az olaraq biz bu məsələdə Bahar Kərimovanın çaldığı havaya oynamağı özümüzə və peşəmizin müqəddəsliyinə , əlahəzrət sözün və ali qələmin vicdanınına sığışdırmadıq!

Rüşvətlə yazını sildirə bilmədiyini dərk edən Bahar Kərimova daha sonra məktəbin xadimələri və xadimələrinin yaxın ətrafı, trolları vasitəsilə YouTubedə olan videoların , Facebookda olan paylaşımların altında öz xeyirlərinə rəy yazmağı və bizi təhqir etməyi lazım bildi. Düzdür, bunun da heç bir nəticəsi olmadı, amma…

Amma rəy yazanlar arasında çox az bal yığan lakin 3 saylı xüsusi internat məktəbində ən çox dərs saatına malik olan müəllimənin , dayə Reyhan adlı xanımın oğlunun fəallığı da gözümüzdən qaçmadı.

Aldığımız məlumatlara görə, artıq Bahar Kərimova barəsində yazılan yazılardan sonra Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılıb. Və çox ciddi nöqsanlar aşkar edilib.

Əldə etdiyimiz digər bir məlumatda da öz əksini tapan fakt də diqqətimizi daha çox cəlb etdi. Məktəbdə mühasib vəzifəsində çalışan direktor Bahar Kərimovanın qızı Vüsalə Əliyevanın nazirlik əməkdaşlarının yoxlama apardığı vaxtda onlara mane olması, və aparılan yoxlamaların əsassız olmağını dilə gətirməsidir. Təsəvvürünüzə gətirin, tabe olduğun bir nazirliyin əməkdaşlarına mane olmaq nə deməkdir???

Bahar Kərimova da qızı Vüsalə Əliyevanın dediyi kimi Təhsil Nazirliyinin əməkdaşlarının yoxlama aparmasını , nazirlik əməkdaşlarının yoxlama aparanda oranın əməkdaşlarıyla sorğu – sual etməsini Bahar Kərimova qanunazidd hesab edir (?!) Hətta bu şəxs təhsil naziri Emin Əmrullayevə böyük bir şikayət məktubu da ünvanlayıb. Məktubda isə Təhsil Nazirliyindən oranın əməkdaşlarından xeyli gileylənir.

Fəqət, necə deyərlər, Bahar Kərimovanın özü də yaxşı bilir ki , o məktəbdə hansı qanunsuz əməlləri törədib və nə qədər yeyintilərə yol verib!

Bu arada, çox gülməli bir faktı qeyd etməyi də özümüzə lazım bildik. Məktəbdə yoxlama aparılarkən 47 ədəd idman topunun artıq olması da ictimai rəydə kifayət qədər gülüş yaratdı. Heç peşakar futbol klublarında Bahar Kərimovanın istifadə etdiyi qədər futbol topu istifadə edilmir.

Direktor Bahar Kərimovanın özü də yaxşı bilir ki , nə futbol toplarından nə də idman zalından uşaqalar istifadə edə bilmirlər. Futbol topunu şagirdlər istifadə etməyib və sən demə (!) məktəbin idman zalları da ayrı – ayrı şəxslərə 300 manat civarında kirayəyə verilib.

Mövzunu gələn yazılarımızda davam etdirəcəyik. Lakin hörmətli Bahar Kərimovadan xahiş edirik ki, məqalədən sonra üstümüzə qoçu-moçu dəstəsi göndərməsin ,
yazı sildirməyi isə ümumiyyətlə ağlına gətirməsin! Biz – Analoq.az komandası onun tanıdığı “jurnalist”lər kimi fəaliyyət göstərmirik. Və hər ayın əvvəllərində də məktəbə gəlib ondan aylıq pul almırıq. Biz Zərdabi babamızın müqəddəs ruhuna and içib , Sabir , Mirzə Cəlil yoluyla gedib ƏLƏHƏZRƏT SÖZÜN siravi əsgərləriyik, silahımız isə adi qələmdir…

Bahar xanım yadımdan çıxmamış qeyd edim , Həzrət Abbasa and olsun , haqq nazilər amma üzülməz…

Savalan Talıblı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 5 Ortalama: 4.8]

Back to top button