Cəmiyyət

Günay Əfəndiyev Qazaxıstanın Bolqarıstandakı səfiri Temirtay İzbastin ilə müzakirələr aparıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bolqarıstana rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Bolqarıstandakı səfiri Temirtay İzbastin ilə görüşüb. Görüşdə Fond ilə Qazaxıstan arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, Türk Dünyasının zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliği ilə bağlı müzakirələr aparılıb. Səfir Türk dünyasının maddi-mədəni dəyərlərinin tanıdılması yönündə Fondun genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirib.

Eyni zamanda Bolqarıstana səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Türkiyə Respublikasının Bolqarıstandakı səfiri Aylin Sekizkök ilə görüşüb. Görüşdə yaxın tərəfdaşlıq münasibətlərinin mövcudluğundan söz açılıb, Türk dünyasının mədəniyyəti və irsi ilə bağlı gələcək layihələrin birgə həyata keçirilməsi müzakirə olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button