İqtisadiyyat

Meyvə və tərəvəzlər Azərbaycanın qida qəhrəmanları olan bu fermerlərin gizli silahlarıdır

Meyvə-tərəvəz ixracı 607.7 milyon ABŞ dolları təşkil edib

Qida istehsalçıları COVID-19-dan irəli gələn çətinliklərə baxmayaraq, yeni yanaşmalar qətiyyətləri sayəsində öz biznes fəaliyyətlərini inkişaf etdirərək icmalarının inkişafına töhfə verməkdə davam edirlər.
COVİD-19 pandemiyasından öncə, Azərbaycanın şimal-qərbində yerləşən Zaqatala rayonunda yaşayan Təhminə İsayeva öz mətbəxində kiçik ölçülü meyvə qurutmaq fəaliyyətinə başladı.
“İlk vaxtlar meyvələri qurudaraq saxlamaq mənim hobbim idi. Meyvələri qurutma qabına ara məsafələrini saxlayaraq böyük siniyə düzürdük və bu qabı quruması üçün günəş işığı düşən yerə yerləşdirirdik. Bu ənənəvi bir üsuldur, amma həddindən artıq uzun bir prosesdir” Təhminə öz sözlərində bildirir.
“Bu fəaliyyətim çox uğurlu oldu və yaxın tanışlarım məhsullarımı ilk alanlar oldu, bir il ərzində təxminən 300 kiloqram quru meyvə istehsal etdim. Bütün işləri özüm etdiyim üçün asan deyildi, bağımızdan alma, gavalı və əncir yığdım və ya bazardan bəzi meyvələri alaraq istehsal prosesində istifadə etdim.”
2019 -cu ildə Zaqataladakı Qadın Resurs Mərkəzi, öz biznesini inkişaf etdirməsi üçün Təhminə xanıma meyvə qurusunu hazırlayan maşını hədiyyə etdi. Pandemiya onun fəaliyyətinin gəlir gətirməsinə çətinlik yaratsa da, o, bu zamanı öyrənmək və istehsalını yeni bir səviyyəyə çıxarmaq üçün bir fürsət olaraq istifadə etdi. O indi kənddə quru meyvə istehsal edən ilk istehsalçıdır.
“Pandemiya dövründə insanların gəlir səviyyəsinin azalması mənim işim üçün də böyük bir problem yaratdı. Lakin mən məyus olmadım. Bunun əvəzinə işimi yaxşılaşdırmaq üçün məsləhətlər axtarırdım və digər qadınların da iştirakı ilə istehsal prosesini yenidən qurmağa başladım. Artıq, məhsullarımın bazarda satışını artırmaq üçün keyfiyyət sertifikatı almağı da planlaşdırıram ” Təhminə xanım sözlərində bildirdi.

Meyvə və tərəvəz mədəniyyəti

Meyvələr Azərbaycan mədəniyyətinin və iqtisadiyyatının böyük bir hissəsi təşkil edir. Ölkənin rəngarəng iqlimi bütün il boyu təzə meyvələrin yığılmasını təmin edir. Bəzi meyvə və tərəvəzlərin cəmiyyət və yerli iqtisadiyyat üçün əhəmiyyətini vurğulamaq üçün yerli məhsul bayramları da təşkil olunur.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə meyvə-tərəvəz ixracı 607.7 milyon ABŞ dolları təşkil edib və ötən il ölkənin qeyri-neft ixracatının üçdə birini əhatə edib.
Meyvələr həm də ənənəvi Azərbaycan çay mədəniyyətinin bir hissəsi hesab olunur. Günün hansı saatı olursa olsun, kiminsə evinə gələn qonaqlara həmişə çayın yanında qurudulmuş meyvə və qoz-fındıq və evdə hazırlanan müxtəlif mürəbbələr təklif olunur. Əslində, Azərbaycanda bir məşhur zarafat var ki, deyilənə görə sadəcə şəkər əlavə etməklə hər şeydən mürəbbə hazırlamaq olar.
Meyvə və tərəvəzlər, gənc azərbaycanlı fermer, Azərbaycanın şimal-qərbindəki Samux rayonunda yaşayan Cəlal Ələkbərov üçün də xüsusi əhəmiyyət kəsb edir.
Cəlalın ailəsi uzun illərdir ki, ənənəvi istehsal üsullarına etibar edir. Bir gənc fermer olaraq Cəlal işlərini yaxşılaşdırmaq üçün ənənəvi üsulla yanaşı mütəmadi olaraq yeni texnika və texnologiyalarla öz işində yeniliklər etməyə çalışır.
Tərəvəz bitkiləri əsasən açıq sahələrdə istehsal olunsa da, Cəlal və onun kimi gənc fermerlər əkini qorumaq üçün daha çox istixanalardan istifadə edirlər. İstixanalar açıq sahəyə nisbətən daha yaxşı məhsul istehsalına şərait yaradır və nəticədə daha yüksək məhsuldarlığa, keyfiyyətli məhsula və resursların daha yaxşı istifadəsinə səbəb olur.
Son 10 ildə Cəlal təsərrüfatını genişləndirməyə nail olan fermerlərdən biridir, o istixanalarda pomidor və çiyələk təsərrüfatı yaradıb.
“Məhsul yetişdirməklə zərərvericilərə qarşı mübarizə üsullarına dair yeni təcrübələr qazandım. Bu qazanclar sayəsində təsərrüfatımın gəlir gətirməsi üzrə artım əldə etdim “deyən Cəlal, indi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı-nın sahələrdə məlumatlandırıcı təlimlərindən əldə etdiyi bir çox məlumatları digər fermerlərlə paylaşdığını qeyd etdi. “Heç kəs kənarda qalmadı, xüsusilə son pandemiya dövründə biz-birimizi dəstəklədik. ”
Təhminə xanımi və dünyadakı bütün fermerlərlərdə olduğu kimi, COVID-19 pandemiyası Cəlal üçün bir çox çətinliklər yaratdı. Sərt karantin tədbirləri işçi qüvvəsində ciddi çatışmazlıqlar yaratdı. Gəlirlərin azalması, istehlakın azalması və meyvə -tərəvəzin bazar qiymətlərinin aşağı düşməsinə səbəb oldu. Bazara çıxışı məhdudlaşdırılması da satışlara yetərincə təsir etdi.
“Pandemiya dövründə, xüsusən də həkimlər sağlam qidalanmağı və gündəlik menyuya meyvə-tərəvəzləri daxil etməyi tövsiyə etdikdə qida təhlükəsizliyimiz xüsusi əhəmiyyət kəsb etməyə başladı. Biz, fermerlər olaraq, COVID-19-a qarşı mübarizə aparan bir alay kimiydik və düşünürəm ki, biz bu müharibədə artıq qalibik ” Cəlal öz sözlərində bildirdi.
Zaqatala rayonunda yaşayan İsa Əliyev, evdə hazırladığı çiyələk, armud, albalı həmçinin gül ləçəklərindən çıxarılan mürəbbələr üzrə ixtisaslaşan digər bir uğurlu meyvə istehsalçısıdır. Onun dediyinə görə insanların ən çox aldığı mürəbbə isə yaşıl qozdan hazırlanan mürəbbədir.
Bir qoz qabığının kiçik bir beyinə bənzəməsi təsadüfi ola bilər, amma araşdırmalar da sübut edir ki, həqiqətən də qoz meyvəsi zehniniz üçün faydalı bir məhsuldur. Qoz insan orqanizmini sağlam yağlar, liflər, vitaminlər və minerallarla təmin edir, bu məhsulu Azərbaycanda bir çox təamlarda istifadə edirlərlər, İsanın hazırladığı mürəbbələr də onlar arasında ən çox seçilənlərdən biridir.
“Bu fəaliyyət bizim əsas gəlir mənbəyimizdir. Baxmayaraq ki, sahə yetərincə gəlirlidir, ancaq eyni zamanda da bir məhsulun satışa hazır olma zaman aralığı olaraq çox vaxt tələb edir, çətin bir prosesdir və 15 günə qədər davam edir.” İsa öz sözlərində bildirib.
Qoz mürəbbəsini hazırlamaq üçün məhsulu, qozun içərisi bərkimədən və içərisi hələ də açıq yaşıl rəngdə və asanlıqla kəsiləbilən olan halda yığılmalıdır. Soyulmuş qoz 10 gün ərzində əhəngli suda davamlı olaraq isladılır və yetişməmiş qozun acı dadının getməsi üçün tez-tez yuyulur. Sonra qoz şəkərlə birgə dörd dəfə bişirilir, qazana mixək və ya hil əlavə olunur. Yaşıl qoz -fındıq tünd qəhvəyi rəngə çevrilir və zəngin bir ağcaqayın yarpağına və ya xurma dadına malik olur.
“Pandemiya zamanı istehlakçıların alıcılıq qabiliyyəti aşağı düşdükcə istehsalı təxminən beş dəfə azaltmaq məcburiyyətində qaldıq, amma mübarizəyə davam etdik. Azərbaycanda çay ənənəvi olaraq mürəbbə ilə verilir, buna görə məhsullarımıza yenidən tələbat olacağına inanırdıq.” İsa öz sözlərində bildirir.
Təcrübələrini təkmilləşdirmək və təsərrüfat sahələrini inkişaf etdirmək arzusu ilə Təhminə, Cəlal və İsa, BMT-ninin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əlaqə quraraq ölkə daxilində müxtəlif fəaliyyətlərdə iştirak etdilər. FAO-nun həyata keçirdiyi və Avropa Birliyi maliyyələşdirdiyi bu layihə, xarici turistlər, qonaqlar üçün aqroturizm imkanları yaradır və fermerlərə məhsullarını qlobal miqyasda tanıtmaqda kömək edir.
Azərbaycanda və dünya ölkələrində FAO, ailə biznesləri kimi fəaliyyət göstərən fermerlərə istehsallarını yaxşılaşdırmaq, bazara çıxış imkanlarını və onların qida təhlükəsizliyini təmin etmək üçün təlim və texniki biliklərlə təmin edir.
Bütün qida məhsullarımızın hazırlanmasında həmişə onu istehsal edən, əkən, yığan, balıq tutan və ya çatdırılmasında iştirak edən həmişə bir kəs var. 16 Oktyabr Ümumdünya Qida Günü ərəfəsində, mövcud vəziyyətdən asılı olmayaraq, icmaları qida məhsulları ilə təmin etməyə davam edən bütün #QidaQəhrəmanları-na təşəkkür edirik. Sizin də yaşadığınız cəmiyyətdə qida qəhrəmanı olmağınız üçün saysız-hesabsız yol var və buna elə indi başlamağınız üçün əla vaxtdır. Əməllərimiz bizim gələcəyimizdir.

Əbdül Mustafazadə, analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button