Cəmiyyət

“Heç bir tibbi savadı olmayan mal həkimi Siruz Qoçxani gənc xanımların həyatlarını niyə məhv edə-edə gedir???”-AFAQ ASLANDAN SƏRT REAKSİYA

"Siruz Qoçxani barəsində ciddi araşdırma aparmalıdır görək arxasında kim dayanır"

Xəbər verdiyimiz kimi 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Onun həkimi məşhur plastik cərrah Sirus Qoçxani olub. Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan məsələyə müğənni Afaq Aslan da sərt reaksiya verib.

İfaçı Siruz Qoçxanini qatil adlandırıb və onun həbs edilməsini tələb edib:

“Bu videoya baxan insanın ürəyi necə param-parça olmasın axı? Bu gənc qızın yerində hər birimizin övladı və ya yaxını, doğması ola bilər! Bu qaçılmazdır… Amma mənə maraqlı gələn isə həkim deməyə belə dilim gəlməyən, daşıdığı həkimlik peşəsinə böyük bir ləkə olan “estetik cərrah”(heç bir tibbi savadı olmayan mal həkimi) Siruz Qoçxani sizcə, gənc xanımların həyatlarını niyə məhv edə-edə gedir??? Bu artıq neçənci gənc xanımdır Siruz Qoçxani əməliyyat masasında öldürür və hərkəs buna susur!!! Niyə heç kim də buna heç bir reaksiya vermir? Deməli, bir il bundan öncə mən bu həkimlə bağlı bir paylaşım etdim, dərhal əl-ayağa düşərək başladı bütün jurnalistlərə pul paylamağa və mənim açıqlamamı xəbər səhifələrindən sildirməyə! Hətta öldürdüyü gənc xanımların ailələrini belə pulla susdura biləcək gücü hardan alır bu Siruz bəy, çox maraqlıdır! Kimə güvənir? Bəs bu qədər insanların həyatına son qoyur niyə hüquq mühafizə orqanları həbs etmir bu qatili? Bəlkə, bunun bizim millətlə nəsə bir şəxsi qərəzliyi var deyə cavan-cavan qızları öldürə-öldürə gedir?! Yəqin ki, Siruz bəy ölkəmizdə ermənilər tərəfindən məaliyyələşdirilən və yüksək qonorarlar müqabilində bilərəkdən sifarişli şəkildə həmyerlilərimizi öldürən bir fiqurdur! Məncə, hüquq mühafizə orqanları Siruz Qoçxani barəsində ciddi araşdırma aparmalıdır görək arxasında kim dayanır bu Siruz bəyin? Kimə güvənir? Və millətimizi qırıb batırmaqda məqsədi nədir? Kimdir görəsən bu həkimi məaliyyəşdirib həbs olunmasına imkan verməyən? Bu həkimə bilirsiniz nə etmək lazımdır? Dövlət başçısının xüsusi götərişi ilə DTX-nın keçirməkdə olduğu həbs qəti imkan tədbirləri nəticəsində millətimizin qanını içən və dövlətə xəyanət edən icra başçılarının həbsə salındıqları dustaqxanada Siruz Qoçxaniyə də bir kamera hazırlatmaq lazımdır ki, bütün cəmiyyətə də örnək olsun ki, belə dırnaqarası həkimlərin yeri xəstəxana yox həbsxanadır”.

Qeyd edək ki, ölüm may ayının 11-də “Baku Medical Plaza”da qeydə alınıb. Əslən Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Məlumata görə, hadisə yerində olan T.Musazadənin anası bildirib ki, bundan öncə də qızı 2 dəfə plastik əməliyyat keçirib. Bu dəfə isə onun üzərində gluteoplastika-popo şəkilləndirmə əməliyyatı keçirilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button