Cəmiyyət
Dustaq nəzarətçilərdən gizlətmək üçün mobil telefonu udub
Hadisə Hindistanın məşhur Tihar həbsxanasında baş verib.
Ötən həftə yoxlama zamanı 29 yaşlı dustaq nəzarətçilərdən gizlətmək məqsədi ilə mobil telefonu udub.
Lent.az-ın xəbərinə görə, o, bir neçə gün sonra mədəsində kəskin sancılarla xəstəxanaya yerləşdiriblər. Həkimlər endoskopik müayinə yolu ilə telefonun yerini təsbit etdikdən sonra onu cərrahi əməliyyat olmadan xəstənin ağzından çıxarıblar.
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]