Cəmiyyət

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz? -RAZİ NURULLAYEV

Milli Cəbhə Partiyasının sədri , millət vəkili Razi Nurullayev özünün Facebook səhifəsində Ağ Şəhər bulvarında müsahibə vermək istəyirkən çətinliklə üzləşib. Bu barədə partiya sədri paylaşım edib. Analoq.az həmin paylaşımı olduğu kimi təqdim edir :

Bu gün Ağ şəhər bulvarında video müsahibə verirdim. Jurnalist zəng elədi, mən də hotelin önündə idim. Dedim ki, bulvara gəl. Müsahibə zamanı bulvar işçiləri gəlib dayandırdı. Özümü təqdim elədim, tanıdıqlarını, hörmət etdiklərini dedilər. Bulvar idarəsi rəhbərliyinə zəng etdilər, 10-15 dəqiqə gözlədim.

Müsahibəni çəkilib bu bərbad görkəmli yerdə verməli oldum.

Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz, qadağan olunub.

Bu qərarı kim verib? Bakı Bulvar İdarəsinin rəhbəri? Hansı haqla? Mənim müsahibə verməyim kimə məruzə edildi və kim bunu qadağan etdi? Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz?

Sonra da deyirsiniz ki, bizi tənqid edirlər. Bu cür yarıtmaz qaydaları qoyanlar ölkəmizin adını batırırlar. Mili Məclisdə təmsil olunan deputat xalqın, ölkənin, dövlətin düşməni ola bilərmi? Bunun üçün əsas veribmi?

Məgər biz hər gün dövlətçilik, ölkəmiz və xalqımız üçün canımızı sipər etmirikmi? Bu nə münasibətdir? Mən İranın, Ermənistanın düşmənçiliyi, ölkəmizin dirənişi haqqında danışırdım.

Mən Bakı Bulvar İdarəsinin rəhbərindən üzrxahlıq zəngi gözləyirəm…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button