Cəmiyyət

Millət vəkilinin könüllüsü niyə olmalıdır?

Deputat Jalə Əhmədova leqal trol ordusu yaratmaq həvəsinə düşüb. Reportyor.info bildirir ki, bu haqda rəsmi elan paylaşılıb.Həmin çağırışda gənclər millət vəkilinin könüllüəri olmağa dəvət edilib. İlk dəfədir ki, belə bir çağırış Azərbaycanda edilir. Axı millət vəkilinin gördüyü işlərin, fəaliyyətinin piarı üçün gənclər niyə könüllü olmalıdırlar?! Hətta seçki də deyil ki, onlar seçki qərargahında könüllü fəaliyyətə cəlb edilsinlər. Amma J.Əhmədova pulsuz trol axtarışına çıxıb və istəyir ki, gənclər onun “ala qaşına, qara gözünə aşiq olub” könüllüyə çevrilsinlər.
Belə absurd fikrə düşməkdənsə, uğursuz çağırışlar etməkdənsə, xanım deputat yaxşı olar ki, mətbuatla fəal əməkdaşlıq etsin, müsahibələr, açıqlamalar versin, gündəmdə olan aktual mövzulara millət vəkili kimi mövqeyini bildirsin, sosial şəbəkələrdə aktiv işləsin, telekanallara çıxsın. Necə ki biz bunu onun həmkarlarından Vahid Əhmədovun, Zahid Orucun, Fazil Mustafanın, Qüdrət Həsənquliyevin nümunəsində görürük.
Yəni deputat danışmalıdır, mövqeyini ortaya qoymalıdır, həmçinin seçicilərlə görüşüb probemlərini öyrənib Milli Məclisdə qaldırmalıdır. Bu qədər bəsit və sadə…
Amma Jalə xanım könüllülər axtarışındadır və bu da sosial mediada gülüşlə qarşılanır. O ki qaldı trol komandasına sahib olmağa, bunu bir sıra deputatlar, məmurlar, icra başçıları edirlər, amma könüllü deyil, trollara müəyyən ödəniş edilir. Jalə xanım isə deyir ki, trol olsun, amma pulsuz işləsin. Ölmüşdü Xankişi…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button