Cəmiyyət

Razi Nurullayeva qarşı şər-böhtan yayan “muzdlu” dəstəsi yaradıblar

Dövlətdən oğurladıqları pullarla Razi Nurullayevə qarşı “muzdlu” dəstə yaradıblar – Siyasi Şuranın üzvü
Dünya yaranandan həqiqətlə yalanın, ağla qaranın, xeyirlə şərin mübarizəsi gedir. Yalan həqiqəti, qara ağı, şər xeyiri məğlub etmək istəsə də, bunu bacara bilmir. Çünki, həqiqəti demək, haqlının yanında olmaq Allahın əmri və istəyidir.

Son günlər bəzi saytlarda, internet kanallarında Milli Cəbhə Partiyasının sədri, Millət vəkili Razi Nurullayev haqqında qərəzli yazılar və verlişlər verilir. Bu saytlarda, internet kanallarında Razi bəy haqqında deyilənlərin heç biri həqiqətə uyğun deyil. Bəs bu “qarayaxma” kampaniyası nə üçündür, kimə lazımdır?

Razi bəy azsaylı Millət vəkillərindəndir ki, Milli Məclisdə də, mediada da, sosial şəbəkələrdə də, iştirak etdiyi tədbirlərdə də daim seçicilərin, sadə vətəndaşların problemlərini dilə, gündəmə gətirir. Bu problemləri yaradan məmurları adlarını çəkərək sərt tənqid edir.

Şəhid ailələrinin, qazilərin, sadə vətəndaşların daim yanında olan Razi bəy, onların problemlərinin həlli üçün var gücü ilə çalışır. Bu da özlərini “toxunulmaz” və “əvəzedilməz” hesab edən bəzi eqoist məmurların xoşuna gəlmir. Xalqdan, dövlətdən oğurladıqları pullarla Razi bəyə qarşı şər-böhtan yayan “muzdlu”lar dəstəsi yaradıblar. Bu “muzdlu” dəstə isə pula görə hər cür pis yolla Razi bəyi cəmiyyətə mənfi insan kimi təqdim etməyə çalışırlar.

Lakin “muzdlu” jurnalistlərin Razi bəyin üzərinə təşkil etdikləri “Səlib yürüşləri” məğlubiyyətlə nəticələnəcək. Çünki Razi bəy haqqın, məzlumun, yetimin, sadə vətəndaşın yanında olub və olacaq.

Pərviz Şıxalıyev – MCP Siyasi Şuranın üzvü

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button