CəmiyyətRegion

İmişlidə ŞOK OLAY – Kənd sakini cinsini dəyişdirib ?

İmişli regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsinin rəisi Səfa Baxışın şəxsi imzası və möhürü ilə rayonun Məzrəli kənd sakini Qasımlı Rasim Vasif oğlu cinsini dəyişdiyi üçün adını dəyişdirib və Çinarə ilə əvəzləyib.

Analoq.az xəbər verir ki ,İmişli rayonu Məzrəli kənd bələdiyyə sədri Babək Kazımov faktı qismən də olsa təsdiqləyib. O, iki gündür ki, belə bir hadisə haqqında xəbərdar olduğunu bildirib:

“Bəli, belə bir məlumatdan xəbərim var. Cinsini dəyişməsi ilə bağlı yanında iştirakçı olmamışam. Amma kənd sakinlərinin dilindən eşitmişəm ki, guya adını dəyişib Çinarə yazdırıb. Ailəsini deyil, atası Vasif kişini tanıyıram.

Dəmir-dümür yığıb, ailəsi-uşağını dolandırmaqla məşğuldur. Məlumatı yeni bilmişəm, amma dəqiq olduğunu deyə bilmərəm. Bəlkə səhv məlumat yayılıb, ya kiminsə-kimdənsə xoşu gəlmir deyə bilərəkdən yayıb. Əsas fakt insanın özüdür”, – deyə Babək Kazımov məsələnin təfərrüatlarını öyrənəcəyini deyib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button