Cəmiyyət

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi layihəyə start verdi

İnsan alverindən zərərçəkmişlərin sosial reabilitasiyası layihəyə töhfə şəklində təqdim olunacaq

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti”layihəsinin başlanmasına start verdi. İctimai Birliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, layihənin həyata keçirilməsi müddəti 01.02.2022-ci ildən 01.05.2022-ci il tarixinə qədərdir.

Məlumatda bildirilir ki, layihə insan alverindən zərərçəkmiş şəxslərə yardım göstərən qurumlarla əməkdaşlıq şəraitində insan alveri ilə bağlı ümumi statistik göstəricilər və insan alverindən zərərçəkmiş şəxslərə yardımın keyfiyyət və kəmiyyət göstəricilərinin qiymətləndirməsini, Astara, Şəmkir və Xaçmaz rayonlarında insan alveri ilə bağlı məlumatlığın səviyyəsini müəyyənləşdirmək məqsədilə əhali arasında sorğu keçirilməsini, potensial qurbanların ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında insan alveri ilə bağlı hazırlanmış maarifləndirici vəsaitlər paylamaqla insanların bu sahədə biliklərinin artırmasını nəzərdə tutur.

Digər məlumata görə isə qiymətləndirməni aparmaq üçün təşkilat tədqiqat həyata keçirəcək. Belə ki, prosesə cəlb olunacaq könüllülər yaşadıqları regionlarda insan alveri ilə bağlı məlumatlılığın artırılmasında, maarifləndirmə işlərində iştirak edəcəklər. Eyni zamanda, bu məqsədlə çap materialları hazırlanacaq, vətəndaşlara, müxtəlif strukturlara paylanacaq.

Layihə çərçivəsində həyata keçiriləcək daha bir mühüm məqam isə zərərçəkmişlərin sosial reabilitasiyasının layihəyə töhfə şəklində təqdim olunmasıdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button