Cəmiyyət

Deputat hüquq-mühafizə orqanlarına müraciət etdi

“Təxminən iki il bundan əvvəl saxta “İctimai Nəzarət Koalisyası”nın rəhbəri Rasim Məmmədovun dələduzluqları haqqında yazmışdım. R. Məmmədovun  “İctimai nəzarətinə” media dəstəyi verən, onu təbliğ edən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili olub”.Analoq.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev yazıb.

O qeyd edib ki. A. Mərzili bu təşkilatın vitse-prezidenti olmaqla birmənalı şəkildə bu ünsürün cinayət əməllərinə şərik olub.

“Mərzili Azərbaycan mediasının üzqarasıdır və reket jurnalist kimi tanınır. Hamı bilir ki, Rasim Məmmədovun ölkədə ictimai nəzarətçi obrazını Asif Mərzilli kimilər yaradıb. Düşünürəm ki, Medianın İnkişaf Agentliyi və hüquq mühafizə orqanları bunula bağlı araşdırmalar aparacaqlar”, – deyə deputat Etibar Əliyev bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button