Cəmiyyət

Tbilisidə “Xocalı soyqırımı-30 beynəlxalq konfrans” keçiriləcək – QHT Agentliyinin dəstəyi ilə

“Üçüncü Sektor”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 12 fevral 2022-ci il tarxidə Tbilisi şəhərində “Xocalı soyqırımı-30 beynəlxalq konfrans” adı altında konfrans keçiriləcək.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçiriləcək Xocalı soyqırımı-30-cu il dönümü ilə bağlı konfransda Gürcüstanın tanınmış politoloqları, ekspertləri, QHT və media rəhbərləri ilə yanaşı, Gürcüstanda yaşayan soydaşlarımız da iştirak edəcək.

Konfransın məqsədi 26 fevral 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri soyqırımı dost və qardaş Gürcüstan ictimaiyyətə çatdırmaq,

Xocalı soyqırımınının bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməsində dost və qardaş gürcü xalqının da təşəbbüskar olmasına çalışmaq, eyni zamanda Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmədiyini dünya ictimayyətinə bir daha çatdırmaqdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button