Dünya

Misirin bu çimərlikləri bağlanır

Misirin məşhur Xurqada kurort şəhərinin çimərlikləri köpək balıqlarının insanlara hücumlarından sonra bağlanır. Çimərliklər xüsusi lentlərlə hasarlanıb. Turistlərə xəbərdarlıq edilir ki, köpək balıqlarının hücumu təkcə dərinlikdə deyil, həm də sahilə yaxın ərazidə baş verə bilər.

Qeyd edək ki, Misirin məşhur Xurqada kurort şəhərində köpək balığı qadına hücum edib. Köpək balığı Avstriya vətəndaşı olan qadının əl və ayaqlarını qoparıb. O, xəstəxanaya çatdırılarkən həyatını itirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button