Cəmiyyət

“Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” ermənilərin vandalizm fəaliyyətlərini ifşa edəcək

“Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Erməni işğalı dövründə yeraltı sərvətlərimizin talanı, qanunsuz istismarı, ticarəti və digər vandalizm fəaliyyətlərinin ifşası” layihəsinə start verir.

Analoq.az xəbər verir ki, layihə çərçivəsində erməni işğalı dövründə yeraltı sərvətlərimizin talanı, qanunsuz istismarı ilə əlaqədar olaraq Türkiyədə beynəlxalq tədbirin təşkili nəzərdə tutulub. Layihənin əsas məqsədi erməni işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur bölgəsində yeraltı və yerüstü təbii sərvətlərimizin talanı, qeyri-qanuni istismarı və ticarətinin həyata keçirilməsinin ifşa edilməsi, dünya ictimaiyyətinin diqqətini bu iqtisadi cinayətlərə cəlb etməkdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button