Cəmiyyət

Natəvan Dəmirçioğlu ilə görüş keçirildi-FOTOLAR

Ümummilli lider Heydər Əliyev ili çərçivəsində tədbirlər dasvam edir. Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru, media eksperti, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Natəvan Dəmirçioğlu Azərbaycan Universitetində filoloq tələbələrin qonağı olub. “Heydər Əliyev və ədəbiyyat sevgisi” mövzusuna həsr olunan görüşdə bildirilib ki, ümummilli lider xalqımızın ədəbi-mədəni irsinə və sərvətlərinə ürəkdən bağlı olub və böyük dəyər verib.

Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirin qonağı iştirakçılarda dərin təssürat yaradıb. Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açaraq ümummilli lider Heydər Əliyevin xalqımızın ədəbi-mədəni irsinə və sərvətlərinə ürəkdən bağlı olduğunu və böyük dəyər verdiyini vurğulayıb. Kafedranın müəllimi Leyla Məmmədəliyeva tələbələri Natəvan Dəmirçioğlunun həyat və yaradıcılığı ilə tanış edib.

“Dövlətimin və xalqımın adını daşıyan universitetə dəvət olunmağıma çox məmnunam. Siz də bu adda universitetdə oxuduğunuza, Zəfər illərinin tələbəsi olduğunuza görə haqlı olaraq qürurlu olun” deyən müasir ədəbiyyatımızın görkəmli nasiri Natəvan Dəmirçioğlunun çıxışı dəfələrlə alqışlarla qarşılanıb. Natəvan Dəmirçioğlu çıxışında sadə bir vətəndaşdan öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə bir xalqın ümummilli liderinə çevrilən Heydər Əliyevin həyat və fəaliyyəti, bu yolda qarşılaşdığı maneə və çətinliklər, onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. “Onun irsindən öz həyatınız üçün örnək alın” deyən yazıçı-alim mövzu ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb.

Filoloq tələbənin “ Sizin “Açar” romanınızın axırıncı nəşr olunan hissəsində mən bir epizod oxumuşdum . Əsərin obrazlarından birinin ailəsi ilə görüş anında ona zəng gəlir ki, müharibə başladı. Siz belə də yazmısız: ”Və o getdi… Üç nöqtə. Həmin il Tovuz hadisələri baş verdi və ardınca müharibə başladı. Bu nə idi? Yazıçı intiusiyası, ya azıçı öncəgörənliyi?” Bu sualın cavabında Natəvan xanım “Qəribə də olsa romanla bağlı belə faktlar çoxdur” söylədi, “romandan nəşr olunan hissələr burada var və mən sizə həmin epizodu oxumaq istəyirəm” dedi. Romandan parça tədbir içtirakçılarına təsirli anlar yaşatdı.

Tələbələrlə yazıçının görüşü yaddaqalan oldu və sonda xatirə şəkilləri şəkdirildi.
“Açar” romanından həmin epizodu biz də sizinlə paylaşırıq:

“O telefonu şəbəkədən ayırıb ərinə verdi. Niyəsə həyəcanlandı. Üzünü əllərinin arasına alıb, sakitcə baxırdı. Şəhadət barmaqlarını hər iki tərəfdən qulağının üzərinə tutmuş¬du. Hər zəng gələndə eşidəcəyindən ehtiyat etdiyi cümləni eşitmək istəmirdi. Heç istəmirdi o cümləni eşitmək. Onu eşitməmək üçün şəhadət barmaqlarını qulaq qapaqcıq¬larının üzərinə sıxmaq istəyirdi, ya da barmaqlarını qulaq yuvasına salmaq və heç nə eşitməmək. Bilmirdi başqa hərbiçi xanımları, anaları, balaları da o cümlədən qorxurlarmı, yoxsa, yox, amma o, bu deyimdən çox qorxurdu. Və o cümləni dedi əri:
– OLDU, QƏBUL!!!

Salamsız, sağolsuz deyilmiş bu cümlədən sonra əri ona da heç nə demədən gedəcəkdir. O bunu bilirdi. Barmağını qulaqlarına bərk-bərk sıxmışdı. Kişi “telefonu yenidən şəbəkəyə tax, mən geyinənə qədər dolsun” deyirdi. Eşitmirdi. Özü taxdı telefonu toka. Bayaq soyunduğu paltarları heç nə demədən geyinməyə başlamışdı. Gəlinin barmaqları və qulağı keyiyirdi.

Əllərini yavaş-yavaş üzündən sürüşdürüb götürdü, sinəsində çarpaz tutub saxladı. Əri onunla küsülü kimi üzünü kənara tutub deyirdi:
– Sən o ənənəvi kasanı su ilə doldur, gətir…başqa variant yoxdur. Telefonum sönülü olub, on beş-iyirmi dəfə yığıblar məni. Getmək lazım. İnan ki…məndən asılı deyil.

Gəlin çiyinləri çökmüş halda mətbəxə doğru ayaqlarını sürüdü. Əri demiş, “ənənəvi kasanı” su ilə doldurub, gətirdi, qapının ağzında əlində hazır tutdu. Əri soyunduğu, hələ heç asılqandan asmadığı gödəkcəni atdığı yerdən götürüb, cəld geyindi, gəlin heykəl kimi durmuşdu, daha ona toxunmaq olmazdı, zabit kəmərini də belinə bağladı, dönüb getmədən əlinin tərsini Onun mərmər kimi üzünə, sinəsinə sürtdü, qapının içəri tərəfindəki açarı iki dəfə burub, qapını açdı və güllə kimi pilləkənləri düşdü. Gəlin ənənəvi olaraq kasadakı suyu çox səs salmasın və sıçrayıb onun üstünə düşməsin deyə, yavaşca arxasınca atdı…
İki mərtəbə düşəndən sonra lifti çağırıb, liftə mindi, blokdan çıxıb, binanın tinini dönəndən sonra qəfil dayandı. “Birdən O ağlayar, pis ağlayar. Mən heç Ona “sağ ol” da demədim. Gərək nəsə deyərdim”. Dayandı, geri qayıtdı, liftin düyməsini təkrar sıxdı. Lift elə birinci mərtəbədə qapısı bağlı, içi boş dayanıbmış, həmən qapıları açıldı, minib, mərtəbələrində düşdü. Yerdə təzəcə tökülmüş suyun izi vardı, qapı açıq idi. Gəlin dəhlizdə əlində boş kasa sakitcə dayanmışdı. Suyu tökəndən sonra heç tərpənməmişdi.
Onu görüb:
– Nəyi unutdun? – dedi.
– Səni.
– …
– Yaxşı, sağ ol.
– Mən heç,.. uşaqla görüşmədin – Gəlin kədərli gülüm¬sündü, dodaqlarını çarəsizcə büzdü.
– Hə… – ayaqlarına baxdı, zabit çəkmələri uzun-uzadı iplə çəkilib, bərk-bərk bağlanmışdı.
– Ayaqqabılı keç. Palazları yığıb, təmizləmişəm, hələ salmamışam. Döşəməni silərəm.
– Əziyyət olacaq.
– Keç-keç, əziyyət olmaz-hətta sevincək dedi.
Uşaq öz çarpayısında arxası üstə yatmışdı. Qolunun birini başından yuxarı, əyri oraq kimi qoymuşdu, o birisi qolu, əli yarı yumulu yanına uzanıqlı idi .

“Allaha əmanət ol, bala” ürəyində dedi. Bilmədi uşağı necə öpsün. Ayağı adyaldan bayıra çıxmışdı, əyilib ayağından öpdü, sonra dodaqlarını yarı yumulu əl barmaqlarına sürtdü.
Yenə ayaq izləri qoya-qoya geri – qapıya qayıtdı, elə orada:

– Səninlə sağollaşmıram, tez qayıdacam – dedi – bundan münasib söz tapmadı – və getdi…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button