Cəmiyyət

“Zəngəzur dəhlizi Avropa İttifaqına üzv ölkələr üçün yeni imkanlar yaradacaq” – Sahibə Qafarova

“Ermənistan işğal altında qalan torpaqlarımızı viran qoyub. Azərbaycan torpaqlarımızı işğaldan azad etdikdən sonra sülh sazişinin imzalanması ilə bağlı bir neçə dəfə Ermənistana təkliflər verib”.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Baltikyanı ölkələrə səfərindən danışarkən deyib.

“Zəngəzur dəhlizinin açılması nəinki region, Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq. Ölkəmiz Avropa İttifaqı ilə enerji təhlükəsizliyinə mühüm töhfələr verir”, – deyə spiker bildirib.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında parlamentarilər Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişini də təsdiqləyiblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button