Ölkə

“Topxananın harayı”-nı dünyaya çatdıran tanınmış jurnalist dünyasını dəyişdi-FİRUDİN RƏSULOV

Firudin Rəsulov 1938-ci il martın 25-də Qərbi Azərbaycanda anadan olub. 1959-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub.

Jurnalistika sahəsindəki əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan KP MK-nın Nazirlər Sovetinin nəşri kimi işıq üzü görən «Abşeron» qəzetində korrektor vəzifəsində başlayıb.

Həmin qəzetdə şöbə müdiri və məsul katib vəzifələrini tutub. 1969-cu ildə o zamanın nüfuzlu «Kommunist» (indiki «Xalq qəzeti») qəzetinə dəvət edilib.

Burada məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, müxtəlif bölgələr üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildə «Həyat» qəzetinin şöbə müdiri, 2 il sonra isə nəşrin baş redaktoru olub.F.Rəsulov 2002-ci ildən başlayaraq on il müddətində «Azərsu» ASC-də işləyib.

Jurnalist 1988-ci ilin noyabrında «Kommunist» qəzetində gedən «Topxananın harayı» adlı yazısı, eləcə də Azərbaycan həqiqətlərinin çatdırılması sahəsindəki digər yaradılıcıq nümunələri ilə ölkəmizin müstəqilliyinə qovuşmasında müstəsna xidmətlər göstərmiş qələm sahiblərindən sayılır.

Qeyd edək ki,Firudin Rəsulov uzunsürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button