Manşet

Mayın 17-dən 25-dək Tehranda keçirilməsi nəzərdə tutulan 38-ci “Fəcr” film festivalı təxirə salınıb. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı festivalın katibliyinin rəhbəri Məhəmməd Mehdi Əsgərpur verib. O bildirib ki, koronavirus pandemiyası festivalın keçirilməsini qeyri-mümkün edib. İran beynəlxalq təyyarə reyslərini dayandırıb ki, bu da festival iştirakçılarının Tehrana gəlişinə maneə yaradıb. Festivalda iştirak etmək istəyən ölkələrdə də koronavirus pandemiyası ilə əlaqələr nəqliyyat və digər problemlər mövcuddur. M.M.Əsgərpur bildirib ki, təşkilatçılar bütün bu problemləri nəzərə alaraq festivalın 2021-ci ilin mayında keçirilməsini nəzərdə tutublar. Qeyd edək ki, hər il Tehranda keçirilən “Fəcr” film festivalında Azərbaycan filmləri də nümayiş etdirilir. Rabil Kətanov AZƏRTAC-ın xüsusi müxbiri Tehran

Şair Güləmail Muradın “Döyüş yolları” adlı kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitab Qələbənin 75 illiyinə həsr olunub və Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin döyüş yolundan bəhs edilir.

Kitabın redaktoru yazıçı-tərcüməçi Arifə Əliyeva, bədii redaktoru Çingiz Xəlilov, “Ön söz” müəllifləri filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, şair-publisist Elnur Abdiyev, hərbi ekspert isə ehtiyatda olan polkovnik Elmar Hüseynovdur.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button