Cəmiyyət

Azərbaycanda ilk dəfə “Wood Badge” beynəlxalq tədbiri həyata keçirilir

Azərbaycanda ilk dəfə keçirilən “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” beynəlxalq layihəsi 18 fevral tarixindən etibarən öz işinə başlayıb. Bu proqram skautların ən yüksək dərəcəli təlim proqramıdır və Milli Təlim Proqramı çərçivəsində həyata keçirilir.

24 fevral tarixinədək həyata keçiriləcək layihə çərçivəsində iki istiqamət üzrə: “Wood Badge” və Təməl Liderlik kursları davam edir. Milli Təlim Proqramının həyata keçirilməsi üçün təlimçilər və fasilitatorlar Amerika Birləşmiş Ştatlarından və Türkiyə Cümhuriyyətindən dəvət edilmiş skautmasterlərdir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə baş tutan layihənin əsas məqsədi yeni skaut liderlərinin yetişdirilməsi, onların liderlik bacarıqlarının ortaya çıxarılması, skaut metodları və patrul təcrübəsini yaşatmaq, eyni zamanda skaut liderlərimizin peşəkar səviyyədə həyata keçirilən beynəlxalq liderlik kursunda iştirakını təmin etməkdir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, ABŞ və Türkiyə skautmasterləri və Azərbaycan Skautlar Assosiasiyasının rəsmiləri öz növbələrində skautinqin gənclərə və ətraf mühitə verdiyi faydaları bir daha xatırladıb, daha uğurlu lider olmaqda praktiki liderlik təlimlərinin önəmini vurğulayaraq layihə iştirakçılarına uğurlar arzu ediblər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Cırtdan” – Uşaq İstirahət və Sağlamlıq Mərkəzində baş tutan beynəlxalq “Wood Badge” kursu çərçivəsində düşərgə ərazisinə gələn müdavimlər yerləşmə və nahar və patrullara bölündükdən sonra onlara “Yüksək dərəcəli liderlik kursu”, “Müxtəlif yaş qruplarının tapşırıqları” və digər təlimlərə qoşulublar. Paralel olaraq Təməl Liderlik kursu iştirakçıları isə “Düşərgənin qurulması”, “Komandanın idarə edilməsi”, “Patrul sistemi anlayışı” və digər təlimlərdə fəal iştirak ediblər.
Düşərgənin ikinci gününün davamında iştirakçılar “Skautiqin tarixi və skautinqin predmeti”, “Skautinqin əsas prinsipləri”, “Struktur”, “Qol komandaları, balta, bıçaq istifadəsi”, “Bacarıqların kurikulumu” və digər təlimlərə qoşulublar. Gün sonunda onlar öz axşam yeməklərini birgə hazırlayaraq patrul ruhunu atrırıblar.

Gün sonu düşərgə tonqal ətrafında birləşərək ənənəvi skaut fəaliyyətləri icra edən skautlar qəlblərini isidiblər.
Qeyd edək ki, “Wood Badge” böyükyaşlılar üçün peşəkar səviyyədə həyata keçirilən qabaqcıl liderlik təlimidir. Bir və daha çox həftədən ibarət olan təlim, skaut metodları və patrul təcrübəsini yaşamaqla peşəkar skaut ustadları tərəfindən öyrədilir.

“Wood Badge” proqramı iştirakçılara skaut bacarıqlarından daha çox Liderlik bacarıqlarını öyrətmək və inkişaf etdirməkdən ibarətdir. Bu bacarıqlar skautinqlə yanaşı həyatın bütün sahələrində istifadə edilə bilən bacarıqlardır.

Qeyd edək ki, layihə 24 fevral tarixinədək davam edəcəkdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button