Cəmiyyət

Kiyevdə “Kadırovun dəstəsi” darmadağın edildi

Kiyevdə Baş Kəşfiyyat İdarəsinin döyüşçüləri bir qrup təhlükəli çeçen diversantını zərərsizləşdiriblər. 
Lent.az-ın Ukrayna mediasına istinadla xəbərinə görə, onlar şəhərdə təcili yardım maşınında hərəkət edəndə yaxalanıblar.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko “Telegram”da xəbər yayıb.

“Təcili yardım maşınında Kiyev ətrafında hərəkət edən bir qrup çeçen diversant cəsur Ukrayna hərbi kəşfiyyatçılarının bir hissəsi güllələnib, bir hissəsi saxlanılıb”, – xəbərdə qeyd edilir.

Digər məlumata görə, çeçen alayının komandiri Maqomed Tuşaev də Ukraynada məhv edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button