Cəmiyyət

“Avtobuslardakı sıxlıqlar günün pik saatlarında müşahidə edilir” – Operativ Qərargah

Nəqliyyatda sıxlıq var. Gündəlik 600 min sərnişinin daşındığı metro 1 aydan çoxdur ki, bağlıdır.

Analoq.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, bununla bağlı qarajlardakı bütün avtobuslar sərnişindaşınmasına cəlb olunub:

“Avtobuslardakı sıxlıqlar günün pik saatlarında müşahidə edilir. Ona görə xahiş edirəm ki, evdən çıxmaq məcburiyyəti olmayanlar o saatda evdən çıxmasınlar. Amma daha çox avtobusların sayını bundan çox artıra bilmərik”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button