Cəmiyyət

Oqtay Şirəliyev koronavirusla bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi

“Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib”.

Analoq.az” xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev 73-cü Ümumdünya Səhiyyə Assambleyasının COVID-19 pandemiyası ilə bağlı videokonfrans formatında keçirdiyi sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar: “Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button