Gündəm

Aparıcı Xoşqədəm: “Koronavirus pis adamlara dəymir”

“Nəsə görürəm ki, deyəsən, koronavirus da pislərə yaxın durmur. Fırıldaqçı, iyrənc, pisliklərlə dolu insanlara toxunmur, amma neçə-neçə yaxşı insanlar, gənclərimiz gedir”.

Analoq.az BAKU.WS-a istinadən xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb.

O, hər kəsi ehtiyatlı olmağa səsləyib: “İnşallah ki, sağlamlığınız yerindədir. Hər şey yaxşı olacaq. Özünüzü qoruyun, amma nəsə görürəm ki, deyəsən, koronavirus da pislərə yaxın durmur. İnanın mənə, tanıdığım-tanımadığım haqqında yaxşı danışılan və koronanın aldığı canları eşidəndə çox ağlayıram”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button