Cəmiyyət

Cənab Mirşahin, fərqində deyilsiz ki,yaradıcılıq zor, sifariş işi deyil…?

Real Tv-nin rəhbəri, jurnalist Mirşahin Ağayevə… Qınamısınız, öz aləminizdə birtərəfli oyunda guya məğlub etmisiniz tənqid etdiyiniz tərəfi. İfadə edirsiniz- “özü gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar…”

Bəs siz o gölməçənin( sizə görə gölməçənin) suyundan içmək demirəm, bir dəfə əlinizi-üzünüzü yudunuzmu? Otuz ilə yaxın efir vaxtınızda zamanla efirlərinizin baş yerinə meyxananı, toyu, toyxananı keçirmədinizmi? Yazıçı, şair Mirşahin Ağayevin yadına nə vaxt düşdü? V.Səmədolu ağır xəstəliklə ölüm ayağında, A.Yenisey də yuxarı-aşağı eyni durumda olanda. Siz deyildinizmi “biz sevinirik ki, meyxananı ölkədə hərəkata çevirmişik” deyən?

Siz ölkədə ədəbiyyatı hərəkata həm də hərəkətə keçirməli idiniz. Etmədiniz.Əksinə zamanla sizi sivil tənqid edən yazıçını, şairi efir imkanlarınızdan istifadə edib aşağıladınız. Bəlkə ölkədə kitabdan, kitab nəşrindən, çap xərclərinin “ceyran belində” olduğundan xəbəriniz yoxdur? Var, kəsinliklə var.Ancaq bircə dəfə fikir bildirib, etiraz edib, olduğunuz və tutduğunuz yerdən, imkanlarınızdan istifadə edib aidiyyatı qurumlara hər hansı müraciət etmisinizmi?Etmədiniz. Ya düşünürsüz ki, yazar, şair, yazıçı əlyazmasını qoluna vurub Milli Məclisin mədəniyyət komitəsinin, Mədəniyyət nazirliyinin və s. qapısında yesir kimi gözləməli, əl açmalı ki, bunu çap edin? Bəs bütün bunları bilərək nə idi durduq yerə qələm adamlarını “Mirşahinin vaxtı”na ya da… Mirşahinin vaxtını almaq? Bəlkə narahatsınız? Axı son illər barmaq sayı da olsa kitab evləri, kitab satışı yerləri görünür şəhərdə. Bəlkə metroda, avtobuslarda əlində kitab bir-iki nəfər sizi pəjmürdə edir? Fərqində deyilsiz ki,yaradıcılıq zor, sifariş işi deyil, ruhun, təfəkkür və düşüncənin ortaya çıxardığı məhvumdur. Bütün bunlarla yanaşı bir fikrinizlə tam razıyam…” Fərrux dağındakı narahat ruhlardan ayıbdır.” Ayıbdır, həm də tankın üzərində mikrafon uzatdığınız A.Aqarunovun, çiyin-çiyinə yürüdüyünüz Ç.Mustafayevin ruhlarından ayıbdır!

Şair Elçin Məmmədov.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 3.5]

Back to top button