Gündəm

Əslində testin nəticəsi pozitiv idi, səhlənkarlıq üzündən sənəddə neqativ yazılıb

"2 gündür əlimi-qolumu sallayaraq ətrafımdakıları yoluxdurmuşam"

Analoq.az xəbər verir ki, haqqında xəbər verdiyimiz Sadıq-zadə Mirzə Zeynal oğlunun koronavirus testi ilə bağlı yaşanan xoşagəlməz hadisəyə aydınlıq gətirilib.

Bu barədə S.Mirzə sosial şəbəkədə şəxsi hesabında paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik:

“Referansın həkim laborantı olan Xoşqədəm xanım Qafqazinfo-nun postunu gördükdən sonra dərhal mənə zəng edərək, əslində, cavabımın “pozitiv” olduğunu, əməkdaşların yalnışı ucbatından sənəddə “negativ” yazıldığını bildirərək, məndən üzr istədi.
Nəticədə? Mən də, analizlərin cavabına arxeyin olaraq 2 gündür əlimi-qolumu sallayaraq ətrafımdakıları yoluxdurmuşam”.

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button