BannerCəmiyyət

Naibə Hacıyevaya Müasir Müsavat Partiyasının fəxri fərmanı təqdim edildi – Fotolar

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılar ının V Qurultayı – Zəfər Qurultayı keçirildi. Bu Qurultaya Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva da qatılmışdı.

Bu gün səhər saatlarında isə Naibə xanım Müasir Müsavat Partiyasının qərargahında olub. Qərargahda partiya sərdi Hafiz Hacıyev adından partiyanın sədr müavini Könül İsmayılova Naibə xanımla görüşüb. Görüşdə Azərbaycan-Alma n dostluq cəmiyyətinin sədri Hacıyeva Naibə Bayram qızına Azərbaycanı Avropada ləyaqətlə təmsil etdiyinə, 44 günlük müharibədə çox böyük fədakarlıq göstərdiyinə görə Müasir Müsavat Partiyasının fəxri fərmanı təqdim edildi.

Bildirək ki, Naibə xanım 32 ildir Almaniyanın köhnə paytaxtı Bon şəhərində yaşayır. O sahibkar xanımdır. 30 ildir vətənimiz Azərbayacana görə çox işlər görüb. Həm Birinci, həm də 44 günlük Vətən müharibəsində çox böyük fədakarlıq edib. Hər zaman dövlətinin, xalqının yanında olub. Naibə xanım Avropanın göbəyi olan Almaniyada vətənimizi layiqincə təmsil edir. O, bir neçə dəfə çətinliklərlə üzləşsə də, bu günə kimi qorxmadan, çəkinmədən fəaliyyətini davam etdirir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button