Gündəm

Jurnalistin Media Reyestrinə müraciətinə nə zaman imtina veriləcəyi açıqlanıb

“Jurnalisitləri Media Reyestrinə müraciət etmədən öncə işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin Media Reyestrinə daxil olub-olmadığını dəqiqləşdirməyə çağırırıq”.

Bunu açıqlamasında Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.

O bildirib ki, məqsəd Media Reyestrinə müraciət prosedurunu asanlaşdırmaqdır:

“Çünki “Media Haqqında” qanunun və Media Reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq jurnalistlərin Media Reyestrinə daxil olmasından ötrü vacib şərtlərdən biri çalışdığı media subyektinin Media Reyestrinə daxil olmasıdır. Yəni həmin media subyektinin Media Reyestri şəhadətnaməsini əldə etməlidir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button