Cəmiyyət

İctimai Fikir Akademiyaası “Media azadlığı” mövzusunda tədbir keçirib – FOTOLAR

Bu gün Milli Cəbhə (MCP) Partiyası yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası “Media azadlığı” mövzusunda tədbir keçirib.

Tədbirdə tanınmış, təcrübəli media nümayındələri, rəhbərləri, ekspertlər vəə MCP üzvləri iştirak ediblər.

Tədbiri giriş sözüylə MCP sədrinin müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev açıb. O, tədbirdə mətbuat azadlığının, informasiya savaşında Azərbaycanın mövqeyinin, KİV-in cəmiyyətimizdəki rolununun müzakirə ediləcəyini bildirib.

Daha sonra çıxış edən əməkdar jurnalist Qulu Məhərrəmli bir çox məsəlləllərə toxunaraq informasiyasız yaşamağın mümkün olmadığını bildirib:

Dünya niyə mətbuat azadlığı gününü qeyd edir ? Biz informasiya cəmiyyətində yaşayırıq. Bizim üçün informasiyasız yaşamaq mümkün deyil. ABŞ kimi dövlətdə əhalinin 80 %-dən çoxu informasiya-kommunikasiya sahəsində çalışır. Bu gün məlumat bir əmtəədir. Bu gün Qərb Ukraynaya silahlar verir. Amma Ukrayna üçün o silahlardan daha önəmli olan kəşfiyyat məlumatlarıdır, informasiyalardır, Rusiyanın hərbi-iqtisadi-siyasi strategiyaları ilə bağlı. Yəni bu gün məlumat silah qədər önəmlidir.

Mətbuat azadlığı ona görədir ki, məlumatın oksigenini təmin eləsin. Havasız yerə düşəndə insan nə qədər qışqırsa da səsi çıxmayacaq. Məlumat da belədir, əgər azadlıq yoxdursa, sən informasiyanı verə bilmirsənsə, qəzatində yaza bilmirsənsə, televiziyada çatdıra bilmirsənsə, saytında yaza bilmirsənsə deməli onun fəzası yoxdur. Ona görə bütün ölkələrə bəyan etdilər ki, mövcud rejimlər, hakimiyyətlər söz və mətbuat azadlığını təmin etsinlər.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir ? O yerdə ki, internet var, o yerdə ki, internetin media profilləri inkişaf edib, yəni bu gün youtube kanalları var, saysız-hesabsız saytlar var, bu, mətbuat azadlığının mövcudluğunun çox ciddi göstəricisidir.

Amma indi bizdə parlaq, azad qəzet yoxdur, yaxud olanlar lazımı səviyyəyə çıxa bilmir. Amma onun əvəzində saytlar var. Bəs interneti KİV hesab etmək olarmı ? Həm olar, həm olmaz. O yerdə ki, əhalinin 90 %-nin telefonundan sürətli internetə çıxışı varsa orda internet KİV-dir. Harda ki, belə deyil, deməli internet KİV ola bilməyib.

Mətbuat xalqın adından hökumət üzərində ictimai nəzarətçidir. Aparıcı qəzetlər olmalıdır. İnternet nə olur-olsun, mötəbər məndə sayılmır. Bu gün interneti bloklamaq mümkündür.

Jurnalistin ilk prinsipi həqiqətə xidmətdir. Sonuncu prinsip jurnalist azadlığının qorunmasıdır. Keyfiyyətli media, keyfiyyətli jurnalist, keyfiyyətli informasiya olmalıdır.

Daha sonra çıxış edən MCP sədri deputat Razi Nurullayev medianın sensasiya dalınca qaçdığını deyib:

“Bu günlərdə yazıçı Məmməd Orucun “Oyun havası” əsərini oxudum. Orda bir fikir məni cəlb etdi. Deyilir ki, “məqalə və ya kitab kütlənin marağına və məntiqsiz ehtiyacına uyğun yazılırsa, mən o yazıdan iyrənirəm. Çünkü onda sən ziyalılığını itirirsən”.

Ziyalının, ekspertin, siyasətçinin, bizlərin vəzifəsi nədir ? Xalq yetişdirmək. Amma zamanında siyasəti öldürmək, siyasəti zəiflətmək üçün ucuz şoulara şərait yaradıldı ki, insanların diqqətini yayındırsınlar. İnsanların diqqəti yayındı və artıq siyasi verişlərə baxan olmadı. Amma şoulara minlərlə insan baxırdı. İndi vəziyyət dəyişdi. Çünkü həmin aparılan siyasət bir başa iqtidarın öz ziyanına da işləməyə başladı”.

“Xalq Cəbhəsi” qəzetini baş redaktoru Elçin Mirzəbəyli, Azad medianın səsinin batmasına gətirib çıxaran boşluqlardan danışıb:

“Bu boşluqları da burda haqqında danışılan digər faktorlar doldurur. Bu həssa nöqtəni unutmaq lazım deyil. Qızıl ortanı qoruyub saxlamaq lazımdır. Bu problemləri inzibati resurslarla yox, daha çox özünü tənzimləmə mexanizmləri ilə aradan qaldırmağa çalışmaq lazımdır. Müvafiq inistitutlar var, mövcud olub, amma onlar öz səlahiyyətlərini bu istiqamətdə, hansı formada yerinə yetiriblər bu, müzakirə mövzusudur.

Son zamanlar Media İnkişaf Agentliyi bir təşəbbüslələ çıxış etdi, peşə etikası və redaksiya siyasətiyləə bağlı. Üstün cəhəti ondan ibarətdir ki, imperativ şəkildə kiminsə qarşısına məcburi şəkildə bir sənəd qoyulub, onun imperativ şəkildə yerinə yetirilməsi tələbi yoxdur. Hər bir redaksiyaya özünün redaksiya siyasətini müəyyənləşdirməsinə imkan verilir. Peşə etikası da mahiyyət etibarı ilə dünyanın hər yerində eynidir, bunun yenisini kəşf etməyə gərək yoxdur. Media özü bilərəkdən, məqsədyönlü şəkildə bu öhdəlikləri öz üzərinə götürür.

Azərbaycanda çap mediasının durumu bir neçəə il öncəyləə müqayisədə yaxşıdır. Ən azı poliqrafik səviyyədə. Amma hər şey yaxşı deyil. Buna mane olan amillərin içində redaksiyaların tərkibindən başlamış, jurnalistlərin peşəkarlığına, ixtisaslaşmaya qədər və digər məsələlər var. Bir jurnalist həm siyasi təhlil yazırsa, həm sosial problemlərdən yazırsa, həm mədəniyyət xəbəri yazırsa, həm iqtisadiyyatdan yazırsa onun yazdığı peşəkar məhsul sayıla bilməz və bu məhsul da cəmiyyətə fayda verə bilməz. Digər bir məsələ, biz cəmiyyətə obyektiv informasiya verməliyik, həm reputatsiyamızı qorumalıyıq, ictimai maraqları müdafiə etməliyik və həm də gəlir əldə etməliyik. Buna görə də medianın üzərində böyük bir yük var.Cəbhə-info saytının, və Cümhuriyyət qəzetinin baş redaktoru Rafail Becanov bildirib ki, media bütün cəmiyyətlərin diqqət mərkəzindəə olan bir subyektdir:

“Hər yerdə də tənqid olunur, hədəfə alınır, yaxud təriflənir. Amma bütün azadlıqların mütləq bir sərhəddi var, o cümlədən medianın. Biz o sərhəddləri keçə bilmirik, nə burda, nə də digər ölkələrdə. Məsələn İraq müharibəsi zamanı mediadan informasiya alırdıq ki, İraqda Səddam Hüseynin kimyəvi silahları var, nüvə silahı var, amma sonra məlum oldu ki, belə bir şey olmayıb, media yalan məlumat verib. Bu, o deməkdir ki, media hər zaman və hər yerdə həm də nəzəarətdidir.

Bizə Leninin belə bir tezisi çatmışdı, qəzet təbliğat və təşviqat vasitəsidir. Bu gün isə biz ona biznes subyekti kimi baxırıq. Amma biz onu nə biznes subyektinə çevirə bilirik, nə təəbliğat-təəşviqat vasitəsinə çevirə bilirik. Çünkü biz onu biznes strukturuna çevirəndə hər şeyi kütləyə hesablamalıyıq. Bizim izləyicimiz təkcə elita deyil ki, həm də kütlədir. Lakin bütün həqiqətləri də demək olmur. Vəziyyət bu qədər çətindir. Önəmli məsələrdən biri də, ictimai və milli maraqları nəzər almaqdır, yaltaqlıq və qərəzli tənqid terrordur, cəmiyyətə qarşı terror.

Avropa-İnfo saytının baş redaktoru Ruslan Bəşirli, Azərbaycanda mediasında 90-cı illərdən mövcud problemlərin davam etdiyini bildirib:

“Aparıcı ölkələrin mediası ilə özümüzü müqayisə etməkdə çətinlik çəksək də, bütün dünyada medianın problemləri var. Çap mediasının bir dayanıqlılığı var, internet mediası isə dayanıqlı, etibarlı deyil. Biz saytda bu gün 100 xəbər veririksə, onun 20-30-u lazımsız, gərəksiz informasiyalardır. Bu gün mediada maddi durum da çox çətindir. İşçi götürmək də çətin məsələdir. Bu gün jurnalistlər arasında ixtisaslaşma yoxdur. Hamı hər şeydən yazır.

Qəzetdə belədir ki, jurnalist gərəksiz məlumatlara zaman itirmir, enerji itirmir və bir sahə üzrə ixtisaslaşır. Saytda isə belə deyil. Media azadlıq məsələsinə gəlincə isə bu, nisbi və qəliz məsələdir. Azadlıq bir həddə kimidir. Bu gümn mediada bir xəbər kirliliyi var. Bu gün sosial medianın, sosial şəbəkələrin gücüylə dünyada çevrilişlər baş verə bilir, hakimiyyətlər dəyişir. Sosial medianın müsbət tərəfləri çoxdur, özümüzü oxuda bilirik cəmiyyətə, amma bir tərəfi də var ki, jurnalistikaya aidiyyatı olmayan adamlar çoxdur bu sahədə. Baxırsan iki cümlə yazır sosial şəbəkədə, iki milyon izləyicisi var. Və o kütləni istədiyi kimi yönləndirə bilir. Və bu da problemlərə, informasiya kirliliyinə, cəmiyyətin aldadılmasına səbəb olur. Lakin bütün problemlərə baxmayaraq bu gün kimsə medianı boğub cilovlaya bilmir.

Çıxış edən MCP SŞ-nin üzvü, hüquqşünas Vüqar Dadaşov bildirib ki, “mediada azadlıq” mücərrəd məsələdir:

“Ümimilikdə Azərbaycan mediasında intelektual, ziyalı yanaşma çox azdır. Ancaq bir şey də var ki, Nikllay Qumilyev deyib ki, “mən ziyalı deyiləm çünki, mənim vətənim və vəzifəm var”. Mıncə bu baxış həm də mediaya da aid olmalıdır. Dövlət və xalq marağına görə şəxs hər bir statusunu qurban verməyə hazır olmalıdır.

Təəsüfki, jurnalistikada dövlət və xalq maraqları məsələsində Qumilyev yanaşması yoxdur. Jurnakistika da ilk növbədə bu parametrlərdən çıxış etməlidir. Jurnalistika, media ümumən təbliğat obyektidir, buna görə də təbliğat strukturinda da milliliyə diqqət yetirilməlidir”.

Daha sonra mövzu ətrafında müzakirələr davam edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button