BannerCəmiyyət

İntiharların gəncləşməsi – araşdırılmayan səbəblər və gizlədilən mahiyyət

Son on ildə bilirsiniz ki, ölkəmizdə intiharlar həddən artıq çoxalıb. İntiharlar edənlərin içində qazilər, psixoloqlar olsa da son zamanlar məktəblilər arasında bu vüsət almağa başlayıb.

Özünü öldürmənin bir çox növləri var. İntihar edənin özünü hansı növlə öldürməsinə görə əsl səbəbi aydınlaşdırmaq mümkündür.
İntihar edənlərin əksəriyyətinin hansı yaşda və hansı peşə sahibləri olmasına görə də bunun ümumi mahiyyətini anlamaq olar.
Ailədə problemlər, maddi ehtiyaclar, yetkinlik dövrünün xüsusiyyətləri, psixoloji gərginlik, bezdirilmə kimi hallar buna səbəb kimi göstərilsə də əsl mahiyyət bu deyil.

Ölkəmizdə əhalinin maddi durumu ilə yanaşı mənəvi, psixoloji vəziyyəti də yaxşı deyil. Hamı sanki səbəbi özünə məlum olmayan, hansısa naməlum işə görə polis şöbəsinə çağrılıb saatlarla koridorda ayaq üstə gözlədilən giriftar vətəndaşın psixoloji vəziyyətindədir ölkədə. Maddi problemlər, sosial vəziyyətin dözülməz olması, məmurların əhalini saymamasının artıq oturuşmuş və dəyişməsi mümkün olmayan ənənə şəklini alması, vətəndaşın əlinin ümid umduğu nöqtədən üzülməsi, son olaraq baş vurduğu pənah yerindən naümid qalması da ölümə aparan amillərdəndir. Fəqət mənəvi-psixoloji sarsıntı, mənən sındırılma, şərəf və ləyaqətin təhqir olunması fitrətən qürurlu xəlq edilmiş bir xalqın nümayəndəsi üçün intihara bilavasitə təhrikdir.

Bütün ölənləri öldürürlər. Heç kəs özü ölmür. Hər ölənin bir “qatili” var. Kimi həkim səhlənkarlığından, kimi qəzada üstünə sürülən avtomobildən, kimi saxta qidalardan, kimi tərkibi zərərli dərman preparatlarından, kimi məmurların onu bezdirməsindən və sair.

İntihar edənlərin də hamısını öldürən var. Əgər qazinin haqqını məmur yeyirsə, qazi də özünü öldürürsə onun qatili həmin məmurlardır. Əgər müəllim şagirdi incidirsə, düzgün istiqamətə yönəltmirsə, başından edirsə, şagird də intihar edirsə, qatil müəllimdir. Əgər valideyn övladını psixoloji, mənəvi cəhətdən alçaldır, onun yaş dövrünə uyğun olmayan tərəfə təhrik edirsə, övlad da intihar edirsə, qatil valideyndir.

Əgər xəstəni həkim düz müalicə etmirsə, pul güdürsə, xəstə də ölürsə, qatil həkimdir. Əgər qidalardan sağlamlığımız aradan gedirsə.

Tural Irfan
MCP sədr müavini, ilahiyyatçı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button