Cəmiyyət

Malik Həsənovun ticarət mərkəzində bayrağımız tərsinə asıldı

Yasamal rayonu ərazində yerləşən “Baku Mall” Ticarət Mərkəzində Azərbaycan bayrağı tərsinə asılıb.AFN.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Türkiyə bayrağı ilə yanaşı asılan Azərbaycan bayrağında ay-ulduzun istiqaməti düzgün olaraq aşağı tərəfə baxsa da, rənglərin yerinin səhv olmasından aydın olur ki, bayrağı asanlar mövcud qaydanı bilmirlər.

Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 21 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi zolağı qarşıdan baxarkən sağ tərəfdə yerləşməlidir. Fotodan göründüyü kimi, “Baku Mall” Ticarət Mərkəzində bu qaydaya əməl edilməyib. Maraqlı burasıdır ki, “Baku Mall” Ticarət Mərkəzi deputat Malik Həsənova məxsusdur. Bildiyimiz qədərilə, deputatın ofisi də həmin binada yerləşir. Əcəba, M.Həsənov da NK-nın qərarını bilmir?

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button