Cəmiyyət

“İslamda da karantin rejiminin tətbiqi vacib hesab edilir”-TANINMIŞ İLAHİYATÇI

"Hətta Peyğəmbər buyurur ki, əgər yaşadığınız bölgədə yoluxucu xəstəliklərin yayıldığını görsəniz, başqa yerə çıxmayın, yerinizdə qalın ki, başqalarına da yoluxmasın"

Əksər dünyəvi qayda- qanunlar islam dininin hökmləri ilə üst-üstə düşür. Çünki islam dini hər zaman müasirliklə ayaqlaşan, modernləşməyə meyilli dindir. Dünyəvi hüquqla islam hüquqi, yəni şəriət hökmləri əksər vaxtlarda eynilik təşkil edir.

Qadağalar, cinayət hesab edilən əməllər, məsuliyyət yaradan işlər haqda qəbul edilmiş dünyəvi qanunların çoxu məhz islam hüququndan götürülüb. İslam dinində qazı hər zaman prokuror və hakim funksiyasını həyata keçirib.

Məsələn, narkotikdən istifadə, oğurluq, insan alveri, adam öldürmək, dövlətə, vətənə xəyanət və s. kimi dində böyük günah hesab edilən əməllər dünyəvi qanunlarda da ağır cinayət sayılır və şəriətlə ağır cəzaları var. Məlum karonarvirus pandemiyası ilə bağlı hazırki durumda dünyəvi qaydalarla əksər ölkələrdə bəzi qadağa və haqlı məhdudiyyətlər tətbiq olunub ki, bu da bütün insanlığın taleyi üçündür.

İslamda da yoluxucu xəstəliklərin yayıldığı ərəfədə belə qadağaların və karantin rejiminin tətbiqi vacib hesab edilir. Hətta Peyğəmbər buyurur ki, əgər yaşadığınız bölgədə yoluxucu xəstəliklərin yayıldığını görsəniz, başqa yerə çıxmayın, yerinizdə qalın ki, başqalarına da yoluxmasın. Yaxud da ki, əgər hardasa bu xəstəlik varsa, o yerə əsla getməyin. Digər hədisdə buyurulur ki, yoluxucu xəstəlik daşıyıcısı olan adamdan uzaq məsafədə dayanın. “Qurani – Şərif”də Allah- Təala buyurur ki, özünüzü öz əllərinizlə təhlükəyə atmayın. “Quran” hökmlərinə əməl etmək də hər bir insan üçün fərz, yəni vacib əmr sayılır. Bu baxımdan, bugünkü vəziyyətdə bütün bəşəriyyətin həyatı ciddi təhlükə ilə üzləşib. Ona görə də bəzi insanlar bu xəstəliyə inanmır, başqalarını da çaşdırırlar. Özlərini qorumurlar. Bunun bir “oyun” olduğunu deyirlər”.

İlahiyyatçı qeyd edib ki, İslam dini baxımından kimsə bu dövrdə özünü və başqalarını qorumursa, mövcud qaydalara riayət etmirsə, şəriət terminologiyası ilə desək, harama mürtəkib olur, cəzanı haqq edir:

“Çünki həm qayda- qanunlara əməl etmir, həm özünü, həm də cəmiyyəti təhlükəyə salır. Bu baxımdan, mən bütün inanclı insanlara üz tuturam ki, islam yalnız oruc tutub, namaz qılmaqdan ibadət deyil. Əgər siz bir ay oruc tutub, ancaq karantin qaydalarını pozmusunuzsa, Allahın “özünüzü təhlükəyə atmayın” ayəsinə qarşı gələrək bütün əməllərinizi puç edirsiniz. Qoruyucu maska taxmaq, məsafə saxlamaq, tibbi qaydalara riayət etmək bu ərəfədə vacib şəriət hökmüdür”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button