Bakıda təhlükə törədən sürücü kimdir?
Bakıda qaydaları pozaraq hərəkət iştirakçılarına təhlükəli anlar yaşadan sürücünün videosu kameraya düşüb. Analoq.ax xəbər verir ki, mayın 28-i Bakı-Dairəvi yolunda hərəkət edən 10-ZR-442 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Məmmədov Rasif Ramiz oğlu, birtərəfli yolun əksi istiqamətinə çıxaraq yüksək sürətlə qarşıdan gələn avtomobillərin üzərinə sürüb. O, tormoz vermədən sanki ya öz canına, ya da qarşıdan gələn sürücülərin canına qəsd etməyə gedib.
Qeyd edək ki, həmin yolda hərəkət sürəti yüksək olduğu üçün qəza zamanı insan ölümü qaçılmaz olacaqdı. Görüntünü qeydə alan sürücü qəzadan son anda yayına bilib.
Sürücü etdiyi bu hərəkətlə həmin yoldakı sürücülərin dincliyini nümayişkaranə şəkildə pozaraq onlara təhlükə yaradıb.avtosfer.az
Analoq.az