Cəmiyyət

Bakı aeroportunda faciəli şəkildə ölən şəxs baş mühasibin oğlu imiş

Heydər Əliyev Beynəlxalq Hava Limanında faciəvi şəkildə ölən Prokofyev İqor Vladimiroviçin vəzifəli şəxsin oğlu olduğu məlum olub.O, Milli Aviasiya Akademiyasının mühasibat şöbəsinin rəisi – baş mühasib Svetlana Prokofyevanın oğludur.

Qeyd edək ki, sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb. Hadisə nəticəsində paytaxt sakini Prokofyev İqor Vladimiroviç ölüb. Nuriyev Zaur Tofiq oğlu isə xəsarət alıb, o, ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button