Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb
Bu ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, ötən 4 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 9 248,6 mln. kVt·st olub, bu da illik müqayisədə 6,1% azdır.
Bu dövrdə elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda 8 198,0 mln. kVt·st, Su Elektrik Stansiyalarda keçən ilin müvafiq dövrünə nisbətən 332,6 mln. kVt·st artımla 794,6 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,9 mln. kVt·st artımla 255,9 mln. kVt·st. təşkil edib.
Qeyd olunur ki, yanvar-aprel ayları üzrə elektrik enerjisinin idxalı 62,2 mln. kVt·st, ixracı isə 407 mln. kVt·st olub.
Məlumata görə, 2024-cü ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 108,5 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 17,9 mln. kVt·st, ixracı isə 48,5 mln. kVt·st təşkil edib.
Analoq.az